Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Kəmaləddin Qafarovun "Azeri Med"i büdcə vəsaitlərini necə "əridir"?

Tarix:22-05-2021, 23:26

Kəmaləddin Qafarovun "Azeri Med"i büdcə vəsaitlərini necə "əridir"? Dövlət Sərhəd Xidməti (DSX) “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 441 703.85 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdə “zərdab və vaksinlər” (261 699.96 AZN) və “tibbi sərf materialları”nın (180003.89 AZN) satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Azeri Med” QSC-nin 2 iyul 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 000 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

Famil Rəhimli haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da təbiidir. Çünki o, şirkətin qanuni təmsilçisi olsa da, sahibi deyil. “Azeri Med” QSC-nin sahibi deputat Kəmaləddin Qafarovdur. O, həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunu müavini vəzifəsini daşıyır. “Azeri Med” QSC-nin vaxtaşırı MOM-un milyonluq tenderlərinin qalibi olmasında bu amil mühüm rol oynayır.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, MOM heç bir tender olmadan QSC ilə 43 milyonluq alqı-satqı həyata keçirib.

Araşdırmalar zamanı məlum olur ki, 2019-cu ilin fevral ayında MOM və “Azəri Med” QSC arasında maliyyə dəyəri 10 milyon 200 min manat təşkil edən müqavilə imzalanıb. 2018-ci ilin avqustunda isə sözügedən “tərəfdaşlar” 10 milyon 120 min manatlıq müqavilə bağlayıb.

“Azeri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olduğunu təsdiq edən başqa fakt da var. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır. 6 noyabr 2020-ci ildə şirkətin reyestr sənədlərinə dəyişiklik edilib. Görünür, həmin vaxt ünvan da dəyişdirilib.

Dəyişikliyin 2020-ci ildə edilməsi təsadüfi deyil. Bu dəyişikliyə qədər növbədənkənar parlament seçkiləri keçirilib və Kəmaləddin Qafarov deputat mandatı qazanıb. Deputat olduqdan sonra onun sahibi olduğu şirkətlər, o cümlədən “Azeri Med” QSC diqqət mərkəzinə gəlib. QSC-nin 2020-ci ildə qalib gəldiyi tenderlərlə bağlı araşdırma yazılarında şirkətin Kəmaləddin Qafarova məxsus olması həm də yuxarıda qeyd etdiyimiz hüquqi ünvanla əsaslandırılıb. Bu da deputatı şirkətin hüquqi ünvanını dəyişməyə məcbur edə bilər. Çünki qanunvericilikdə deputatın biznes fəaliyyətilə məşğul olması yasaqdır.

Mediada yayılan məlumatlara görə, “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC və “Naturalist” şirkətləri də Kəmaləddin Qafarovun idarəçiliyindədir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...