Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Tanınmış həkimdən TƏBİB rəsmilərinə ağır sözlər: ““Yerini bilməyənlər, məsuliyyətsizlər, savadsızlar...“

Tarix:1-05-2021, 14:28

Tanınmış həkimdən TƏBİB rəsmilərinə ağır sözlər: ““Yerini bilməyənlər, məsuliyyətsizlər, savadsızlar...“ Biri var ki, bilməmək - buna baxmayaraq, bunu dərk edib öyrənməyə çalışmaq və cəhd etmək. Bu, ayıb deyil. Biri də var ki, bilməmək - amma bunu dərk edərək həm də öyrənmək istəməmək və buna heç cəhd etməməmək. Bu isə çox ayıbdır.

İkinci hala üstünlük verən peşə sahiblərini onların ixtisaslarına uyğun müxtəlif titullarla təqdim etmək olar. Məsələn: yumşaq desək, "yerini bilməyənlər", "məsuliyyətsizlər", "savadsızlar", daha dəqiq desək "cinayətkarlar" və s.

Dünən TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı protokolla tanış oldum. Bu protokolun tərtibi bir daha onu göstərir ki, TƏBİB-in işi yuxarıda dediyim misalın ikincisinə aiddir. Peşə sahəsinə uyğun olaraq adını qoymağı isə sizlərə buraxıram. Yazdığım “titulların” siyahısını artıra bilərsiniz.

Protokolda bir çox şeylər səhv qeyd edilib. Amma ən dəhşətlisi isə uşaqlarda müalicə bölümü və burada tətbiqi məsləhət görülən bəzi dərmanların adlarıdır. Qısaca deyim ki, həmin dərmanların bəzisinin, ümumiyyətlə, dünyada uşaqlarda istifadəsi qadağandır. Digər tərəfdən isə dərmanların adları yazılarkən uşaqlarda ciddi fəsadlar törədə biləcək (hətta ölümə səbəb ola biləcək) yan təsirləri nəzərə alınmayıb.

Bu cür protokolun tətbiqində yol verilən məsuliyyətsizlik heç bir halda qəbul edilən deyil. Nəticə etibarı ilə hansısa rayonda olan həkim bu dərmanı uşağa verib, nəticədə azyaşlının ölümünə səbəb olsa, günahın kimin boynunda olacağını da bizlər çox gözəl başa düşdüyümüzdən bu protokolun qısa zamanda dəyişilməsini və elmi əsaslarla tərtib edilməsini TƏBİB-dən tələb edirik!

Bu cür protokolların tətbiqində TƏBİB tərəfindən yol verilən belə ciddi səhvlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkədə pozitiv istiqamətdə edəcəyi məsələlərə xələl gətirməklə yanaşı, TƏBİB-in də məsələlərə nə qədər hakim olduğunu bir daha göstərdi.

Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoruскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...