Dünən, 17:12- Ərdoğan tapşırıq verdi - Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkiləcək
Dünən, 17:00- Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır
Dünən, 16:35- Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Dünən, 16:09- Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Dünən, 15:41- Səkinə İsmayılova həyat yoldaşını itirdi
Dünən, 15:16- Səfərbərlik Xidməti məlumat yayıb
Dünən, 14:58- Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib
Dünən, 14:24- Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Dünən, 14:00- Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
Dünən, 13:32- Sabah milli parklara giriş pulsuz olacaq
Dünən, 13:07- “Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
Dünən, 12:45- Yol polisi sürücülərə xəbərdarlıq etdi
Dünən, 12:19- Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır
Dünən, 11:56- Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi
Dünən, 11:21- “Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)
Dünən, 11:00- Ərdoğan Azərbaycanla Türkiyə arasında preferensial sazişi təsdiqləyib
Dünən, 10:33- Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?
Dünən, 10:08- Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
1-03-2021, 17:22- Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
1-03-2021, 17:00- "YAŞAT" Fondu üç qazi ilə bağlı açıqlama yayıb
Tarixi vərəqləyəndə şahidi olursan ki,heç bir müharibə qansız,itkisiz ,şəhidsiz
keçməyib.Xüsusilə də,müharibə Vətən uğrunda olanda,işğalçıya qarşı savaşanda
daha fərqli olur.
Sentyabrın 27-dən başlamış Vətən müharibəsi də uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu.30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzu və diləyi olub.Çox sevindirici haldır ki,artıq bütün işğal altında olan torpaqlarımız azad olunub.Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır.Bu Vətən müharibəsində çoxlu şəhidlərimiz,yaralılarımız,itkin düşənlərimiz oldu.Onlardan da biri qeyrətli,namuslu sözün həqiqi mənasında igid qəhrəmanımız baş leytenant Rəsman Mərdan oğlu Həmidov idi.
Rəsman 1998-ci ildə Şamaxı rayonunun Adnalı kəndində anadan olmuşdur.2004-cü ildə Bakı şəhəri 320 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir.2012-ci ildə Rəsman 9-cu sinfi bitirib Cəmşid Naxçıvanski adına liseyı daxil olur.2015-ci ildə liseyi əla qiymətlərlə biririb Hərbi Akademiyaya qəbul olur.2019-cu ildə Hərbi Akademiyanı müvəffəq qiymətlərlə bitirib leytenant rütbəsi alır.Onu təyinatla Beyləqan rayonunun N hərbi hissəsinə göndərirlər.Xidmət etdiyi müddətdə nümanəvi davranışı ilə hərbçi yoldaşları arasında hörmət qazanmışdır.O ,ikinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərdə olmuşdur.
2020 –ci il sentyabr ayının 27-si Həmidov Rəsman Mərdan oğlu Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşur və 30 dan artıq hərbçilərimizi dəqiq koordinat çəkərək mühasirədən qurtarır.Döyüş vaxtı baş leytenant rütbəsi alır.Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.Rəsman evin tək oğlu idi.O doğulduğu kənddə torpağa tapşırılır.
Azərbaycan Respublikasının Prezidenti ,Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə baş leytenant Həmidov Rəsman Mərdan oğlu “Vətən uğrunda”və “Cəbrayılın alınması”medalları ilə təltif olumuşdur.(Ölümündən sonra)
Bəli,hər şəhidimiz,eləcə də hər qazimiz 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq qəhrəmanlıqla bir dastan yazdı.Bu qəhrəmanlıq dastanı gələcək nəsillər üşün bir örnək məktəbidir.Aylar ,illər ötəcək ,bu müharibə heş kəsin dilindən düşməyəcək.Kitablar,dərsliklər yazılacaq, filmlər çəkiləcək,bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.İndiki zamanda isə biz sadəcə şətin də olsa səbr nümayiş etdirək,acımızı öz aramızda bölüşək,düşmənləri sevindirməyək.
Eldar Qafarov