Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Latın Amerikası ölkələrində prezidentlik institutu modellərinin oxşar və fərqli cəhətləri

Tarix:20-02-2020, 11:23

Latın Amerikası ölkələrində prezidentlik institutu modellərinin  oxşar və fərqli cəhətləri Baxılan problem kontekstində bəzi Latın Amerikası ölkələrinin təcrübəsinin müqayisəli nəzərdən keçirilməsi məqsədəuyğun olar. Bu baxımdan XX əsrin sonu - XXI əsrin əvvəllərində konstitusion hiper-prezidentliyin tipik nümunəsi kimi bütün Latın Amerikasında ümumi situasiyaya müəyyənedici dərəcədə təsir göstərən, təkcə regionda deyil, həm də ümumdünya fonunda seçilən Meksikanın siyasi sistemini göstərmək olar. Bu sistem müntəzəm seçkilərin keçirilməsi, hakimiyyətin dinc yolla ötürülməsi, siyasi plüralizm və nümayəndəli demokratiyanın digər formal xüsusiyyətlərinə baxmayaraq bir sıra dünya politoloq və hüquqşünasları tərəfindən konstutision avtoritarizm adlandırılmışdır. 2000-ci il ümumi seçkilərinə qədər Meksika prezidentinin, demək olar ki, qeyri-məhdud hakimiyyəti hegemon partiya sistemi, partiya və dövlət funksiyalarının faktiki birləşməsinə əsaslanırdı. Meksika Konstitusiyası prezidentə ikinci müddətə yenidən seçilmək imkanı vermir, lakin dövlət başçıları qeyri-məhdud inzibati resurslardan istifadə edərək, uzun müddət ərzində öz varislərinin seçilməsini müəyyən edir və təmin edirdilər. Meksika siyasi sisteminin son nəticədə müxalifətin hakimiyyətə gəlməsi imkanını təmin edən demokratikləşməsi, seçki qanunvericiliyinin dəyişilməsi, dominant partiyalı sistemin üçpartiyalı sistemə çevrilməsi, seçkilərin şəffaflığı və rəqabətliliyinin təmin edilməsi, Federal Seçki İnstitutunun icra hakimiyyətindən müstəqil olması, parlament tərkibinin diversifikasiyası, qubernatorluq seçkilərində müxalifət nümayəndələrinin qələbəsi nəticəsində federasiya subyektləri və mərkəz arasında münasibətlərin dəyişməsi və s. ilə bağlı idi.

Meksikadan fərqli olaraq Venesuelada prezidentin səlahiyyət müddəti 6 ilə qaldırılmış, ona ikinci müddətə yenidən seçilmək hüququ verilmiş, 2009-cu il referendumundan sonra isə prezident bu hüququ qeyri-məhdud sayda həyata keçirə bilər. Prezident Milli Məclisi buraxa bilər, icraçı vitse-prezidenti, Dövlət Şurası və Federal Hökumət Şurası sədrini, Baş prokuroru (parlamentin əvvəlcədən razılığı ilə) təyin edir. Onu da qeyd etmək lazımdır ki, bu ölkələrdə avtoritar tendensiyaların güclənməsinə həm də o zamankı Peru Prezidenti A.Fuhimori və Venesuela Prezidenti Hugo Çavezin geniş populyarlığı və fərdi keyfiyyətləri də səbəb olmuşdur.

Argentina, Peru və Haitinin konstitusiyalarında bu ölkələrin prezident-premyer respublika, yəni yarıprezidentli respublika olduqları öz təsbitini tapmışdır. Belə ki, digər Latın Amerikası ölkələrindən fərqli olaraq, Argentinada prezident Nazirlər Kabinetinin rəhbərini təyin edir, Peruda isə Peruda Nazirlər Şurasının sədri prezident tərəfindən vəzifəyə təyin edilə və vəzifədən azad edilə bilər. Argentinada Nazirlər Kabinetinin rəhbərinin təyin edilməsi üçün Konqresin təsdiqi lazım deyil, lakin o, Konqresin hər iki palatasının əksəriyyətinin səsi ilə vəzifədən azad edilə bilər. Hər iki halda da Kabinet baş nazirin tövsiyələrini nəzərə alaraq prezident tərəfindən formalaşdırılır. Rəsmi olaraq icra hakimiyyətinin rəhbəri prezidentin özüdür, o, Kabineti yaradır, onun iclaslarına sədrlik edir və əsas məsələləri həll edir. Ənənəvi olaraq, Argentinada Kabinet daxilində İqtisadiyyat naziri böyük səlahiyyətlərə malikdir. Bir çox analitiklərin fikrincə, hər iki halda Kabinet rəhbəri mövcud səlahiyyətlərdən asılı olmayaraq, prezidentdən asılıdır. Beləliklə, burada üçüncü modeldən (prezident-premyer idarəetmə formasından) söhbət gedə bilməz, çünki hər iki “kvazi baş nazirlər”in müstəqil qərarlar qəbul etməsi imkanları olduqca məhduddur.

Təcrübədə region ölkələrindən yalnız Haitidə yarıprezidentli respublika mövcuddur. Burada Fransa modeli qəbul edilmiş, həmin modelə uyğun olaraq Baş nazir Prezidentin müvəqqəti və ya daimi fəaliyyət qabiliyyətsizliyi hallarında onun funksiyalarını yerinə yetirir,

Prezidentlə birlikdə Nazirlər Kabinetinin tərkibini formalaşdırır və onun fəaliyyətini əlaqələndirir.

Latın Amerikası ölkələrində prezidentlik institutu modellərində diskussiya doğuran məsələlərdən biri də vitse-prezidentlik vəzifəsinin olmasıdır, Meksika istisna olmaqla, regionun prezident respublikalarının hamısında bu vəzifə mövcuddur (Panama, Kosta Rika və Peruda iki, Hondurasda üç vitse-prezident var). Argentinada vitse-prezident, eyni zamanda Senatın sədridir, Çilidə yuxarı palatanın sədri zəruri hallarda vitse-prezident səlahiyyətlərini yerinə yetirir. Beynəlxalq təcrübə göstərir ki, prezidentli respublikalarda vitse-prezident bu və ya digər səbəblərdən dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi hallarda onun vəzifələrini yerinə yetirir. Çox zaman vitse-prezident koalisiya partiyasının nümayəndəsidir və onun namizədliyi səslərin maksimal sayı ilə təmin edilməlidir. Latın Amerikasının əksəriyyət ölkələrində vitse-prezident vəzifəsi əsasən fövqəladə hallar üçün yaradılmışdır, adi şəraitdə onun vəzifələri kifayət qədər dəqiq müəyyənləşdirilməmişdir.

XXI əsrin əvvəlində Latın Amerikasında prezidentlik institutunun möhkəmlənməsi üçün əlverişli şərait yaranmışdır.Buna səbəb olan fundamental amillər kimi, birincisi, tarixi, mədəni və siyasi ənənələrin,konstitusional prosesin və demokratiyanın inkişafı xüsusiyyətlərinin məcmusu göstərilir. İkincisi iqtisadi amildir. Region ölkələrində 1990-cı illərdə keçirilmiş milli neoliberal islahatlar ziddiyyətli olsalar da, bir sıra istiqamətlərdə müəyyən müsbət nəticələr vermiş və bu dalğanın demokratiya institutlarının da möhkəmlənməsinə səbəb olacağına inam yaradırdı. Üçüncü amil isə, sosial sahə ilə bağlı idi. Yeni liderlərin əksəriyyəti sosial məsələlərin həllindən çıxış edir, sosial proqramların həyata keçirilməsi milyonlarla insanların yaşayış şəraiti yaxşılaşdırılmışdır. Bütün bunlar isə dövlət başçılarının reytinqi və populyarlığının artmasına, icra hakimiyyətinin digər hakimiyyət qolları üzərində üstünlüyünə gətirib çıxarmışdır. Lakin son dövrdə sosial-iqtisadi problemlərin artdığı şəraitdə hakimiyyətdəkilərin siyasəti kütlələrin artan narazılığına, prezidentlik institutunun qeyri-sabitliyinə səbəb olmuş, əsasən ikipalatalı parlamentli ölkələrdə (Braziliya, Peru, Uruqvay, Boliviya və s.) idarəçilik qabiliyyətini itirmiş prezidentlərin vəzifəsindən kənarlaşdırılmasına yönələn impiçment prosedurunun tətbiqi halları çoxalmışdır. Bütün bunlar isə, Latın Amerikasının prezidentlik institutunun nüfuzunun aşağı düşməsi səbəbindən növbəti dəfə idarəçiliyin sistemli böhran ərəfəsində olduğunu göstərir.

Aparılan təhlillərdən göründüyü kimi, Latın Amerikası ölkələrində ümumən götürsək, keçirilən konstitusiya islahatlarına baxmayaraq, siyasi sistemdə prezidentin rolu aparıcı olaraq qalmaqdadır, prezident kifayət qədər geniş səlahiyyətlərə malikdir. Dövlət başçısı kimi, o, milləti təmsil edir, dövlətin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir, digər dövlətlərlə müqavilələr bağlayır, konstitusiya və hüquqi dövlətin təminatçısı, icra hakimiyyətinin başçısıdır. Prezidentə silahlı qüvvələrin ali baş komandanlığı səlahiyyəti verilir, o, ölkənin daxili təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü təmin edir, onun suverenliyinin təminatçısıdır. Bununla yanaşı prezidentə həm də konstitusiya ilə təsbit olunmuş geniş səlahiyyətlər verilir. Prezident qanunyaradıcı fəaliyyətdə də iştirak edir – fərmanlar qəbul edir, qanunvericilik təşəbbüsü ilə çıxış edir, dövlət büdcəsini Konqresə təqdim edir, vergi siyasətinin həyata keçirilməsinə, milli gəlir və investisiyaların bölüşdürülməsinə nəzarət edir, sosial proqramların həyata keçirilməsini təmin edir. O, qanunvericilik prosesinə həm də prezident vetosu ilə təsir göstərir, bu veto bütövlükdə qanuna, həm də onun ayrı-ayrı müddəalarına tətbiq edilə bilər, qanun layihəsinin müzakirə edilməsi üçün müddətlər təklif edir, parlamentin fövqəladə sessiyasını çağırmaq və ya onun işini uzatmaq, bəzi hallarda konqresi buraxmaq (Peru, Boliviya) hüququna malikdir, plebissit və referendumların keçirilməsi təşəbbüsü ilə də çıxış edə bilər. Prezident məhkəmə hakimiyyətinə də təsir göstərir, çünki bir çox hallarda onun formalaşmasında iştirak edir, amnistiya verilməsi və cəzaların yüngülləşdirilməsi hüququna malikdir.

Bununla belə, Latın Amerikası ölkələrində prezidentlik institutu modellərinin bir çox fərqli cəhətləri də vardır ki, bu da öz ifadəsini həmin institutun dövlət hakimiyyəti sistemində rolu və yerinin müəyyən edilməsində, prezidentin səlahiyyət müddətlərində, konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində digər hakimiyyət qolları ilə qarşılıqlı münasibətlərində və s. öz ifadəsini tapır.

Bütövlükdə, inkişaf perspektivləri baxımından bu ölkələrdə prezidentlik institutunun əhəmiyyətli dərəcədə islahatının aparılmasına və modernləşməsinə ehtiyac vardır. Bunu həm də regionun bir sıra ölkələrində prezidentlik mandatlarının vaxtından əvvəl başa çatması halları da təsdiq edir.

Nurəddin İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti kafedrası”nın müəllimİ,
siyasi elmlər üzrə fəlsəfə doktoruскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...