Anons

Dünən, 18:00- Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

Dünən, 17:24- Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Dünən, 14:06- #Evdəqal kampaniyası çərçivəsində oxuculara virtual xidmətlər göstərilir

Dünən, 13:48- Dünyanın bu 9 ölkəsində koronavirus yoxdur – SİYAHI

Dünən, 12:04- Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

5-04-2020, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

4-04-2020, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

4-04-2020, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

4-04-2020, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

4-04-2020, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

4-04-2020, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

Haqqımızda Əlaqə

“Bu savaş deyildi , şəhid versək də”-Möhsün Aslanov yazır

Tarix:13-02-2020, 10:05

“Bu savaş deyildi , şəhid versək də”-Möhsün Aslanov yazır
Minnətdaram və uzun zaman xatırlayacam! 2020-ci ilin ötən 40 günü haqqda ağlıma gələn ilk fikir belədir.

Bu 40 gün seçkiyə qatılmaq haqqında qərarın verilməsi, qeydiyyatdan keçərək təbliğat işinin aparılması və fevralın 9-da səsvermədən sonra bülletenlərin sayılma prosesində həyatı bahasına öz prinsipial mövqeyindən geri çəkilməyən vəkilim və yaxın qohumum Sübhan Hacıyevin şəhadəti ilə başa çatdı. 19.37-də ürək tutması, 20.07-də həyata əlvida!Rəqəmlərin kiminçünsə əhəmiyyəti olmaya bilər, amma tarix üçün fakt daha vacibdir. Və həmin saatda mənim seçki uğrunda mübarizəmin 40-ı çıxdı.
40 gündə qoşulduğum marafonun 40-cı “kilometrində” xoşbəxt sonluğun olacağı ümidi ilə çıxmışdım bu yola. Dövlətimə, xalqıma və prezidentimə güvənərək. Güvənclərim itdimi? Əsla!

Sonda qutudakı qələbə opponentimin olsa da, tədirgin deyiləm. Nəyin xeyir, nəyin ziyan olduğunu tək Tanrı bilir.

Əvəzində, mən həmin camaatın içinə alnı açıq, başım dik qayıdacam. Dövlətimə xidmətimi bacardığım şəkildə qürurla davam etdirəcəm. Prezidentimin əsgəri olaraq, yenə də istənilən çağırışa Vətən naminə şərəf hissi ilə hazıram. Opponentim bunu belə qiyasda bacaracaqmı, onu bilmirəm, heç düşünmürəm də.

Biz bir komanda şəklində və siyasi mədəniyyət çərçivəsində mübarizə apardıq. Mübarizənin əxlaq çərçivəsində mümkünlüyünü nümayiş etdirdik. Əkc tərəf haqda bunu demək çox çətindir. O tərəfdə bütöv bir kollaj vardı. Başda Göygöl rayon İcra Hakimiyyəti başçısı bütün personalı ilə, “komnoxoz” və “zavuç” dəstəsi və s. Onlar əbədi deyillər! Olanlar isə uzun müddət xatırlanacaq.

Heç bir mübarizə itkisiz deyil, amma qazancı mütləq vardı…

İnsanlarımıza da uzun zaman xatırlanacaq bir proses yaşatdıq. Sarsılmış inamlara məlhəm olduq, gördük və göstərdik. Hətta nəticənin necə olacağından asılı olmayaraq, bir çox mətləbləri anlatdıq, başa saldıq ki, biz hamımız enerji daşıyıcılarıyıq. Gücümüzü bir mərkəzə yönəltsək, s(evgi)inerji yaranar. Xilas isə ancaq sevgidədir. Biz bir mandata görə , nə xalqa, nə dövlətə, nə də dost dediyimiz adama asi düşmərik.

Minnətdaram! Birinci mənə bu seçkilərdə iştirak hüququ verən müstəqil Dövlətimə! Məni hər kənddə, hər qəsəbədə açıq ürəklə bağrına basan xalqımıza! Mənimlə birlikdə komanda şəklində mübarizə aparan dostlarıma!

Ən ümdəsi, bu mübarizədə köhnə dostlarımı itirmədim əksinə, yenilərini qazandım. Sağ olsunlar jurnalist həmkarlarım, hüquqşünas dostlarım.

Adbaad yeni dostlarım: İqbal Əliyev, Əlkömək Alıyev, Zeynal Alıyev, Tosun Apıyev,Habil Cabbaro, Eyyub Qasımlı,Arif Hacıyev, Elməddin Musayev, Yadigar Məmmədob, Qabil Rüstəmov, Nəsimi Kərimov, Ramil Mirzəyev, müəllimlərim və qohumlarım! 25 gün yemək-içməyimizin qeydinə qalan Afər xala, qərargahımızın “alay oğlu” balaca dostum Anıl! Hamınıza minnətdaram!
40 günlük mübarizəmizin son nöqtəsi, Sübhan Hacıyev! Bu seçkinin Şəhidi !..Ruhun qarşısında baş əyirəm!

Mübarizəmiz isə davam edir! Çünki düşmən hələ məğlub edilməyib. Biz dövlətimizin müstəqilliyi, Vətənimizin bütövlüyü uğrunda mücadiləmizi həmişə aparacağıq.

P.S Seçki marafonunda bizə xüsisi diqqət və hörmət sərgiləyən Göygöl rayon Polis İdarəsinin rəisi Müqalib müəllim, rayonun baş prokuroru İlqar müəllim və digər hüquq mühafizə orqanlarının əməkdaşlarına dərin minnətdarlığımı bildirir, onların vəkilim və yaxın qohumum Sübhan Hacıyevin seçki məntəqəsində ölüm faktının araşdırılmasında ədalətli mövqe tutacaqlarına əminliyimi ifadə edirəm. O cümlədən, bu hadisəyə öz çirkin niyyətləri naminə siyasi don geyindirənləri də qətiyyətlə qınayıram.

Möhsün Aslanov
101 saylı Göygöl – Daşkəsən seçki dairəsindən deputatlığa namizəd

“Bu savaş deyildi , şəhid versək də”-Möhsün Aslanov yazır
“Bu savaş deyildi , şəhid versək də”-Möhsün Aslanov yazır
“Bu savaş deyildi , şəhid versək də”-Möhsün Aslanov yazır
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...