Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Əli Həsənov qalmaqallı qərardan danışdı: “Hansı məmurun təşəbbüsü...”

Tarix:4-02-2020, 22:49

Əli Həsənov qalmaqallı qərardan danışdı: “Hansı məmurun təşəbbüsü...” “Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? Bilirsiz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir”.
“Yeni Sabah” xəbər verir ki, bunu prezidentin keçmiş köməkçisi Əli Həsənov BBC Azərbaycancaya deyib.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu hər il 3 kateqoriya üzrə bəzi qəzetlərə maliyyə dəstəyi verir. Müəyyən şərtləri ödəyən qəzetlər kateqoriyasından asılı olaraq, hər ay 20 min, 10 min və 5 min manat yardım alır. Bu ilki yardım alacaq qəzetlərin siyahısında "Kaspi" və "Kaspiy" qəzetlərinin adı yoxdur.

Əli Həsənov ailə üzvlərinə məxsus olan "Kaspi" və "Kaspiy" qəzetlərinin dövlət yardımından məhrum edilməsinə münasibət bildirmək istəmədiyini deyir: "Çünki bu sahədə çalışan məmur olmuşam, xüsusilə də KİV- ə Dəstək Fondunu, o yardımları edən məmur olmuşam, ona görə də buna münasibət bildirməyi məqbul hesab etmirəm".

Əli Həsənov ötən ilin noyabrında ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçi vəzifəsindən azad edilib.

"Qəzetin ailə olaraq mənə yaxınlığı yalnız onun təsisçisi ilə bağlıdır, "Kaspi"nin təsisçisi xanımımdır, digərinki Kaspi təhsil mərkəzidir. Amma təsisçinin kimliyi mahiyyət təşkil eləmir. Əsas odur ki, qəzetlərin fəaliyyəti cəmiyyət tərəfindən necə qarşılanır, bu qəzetlər hansı fəaliyyətlə məşğul olur, Azərbaycan ictimaiyyəti, elitası, ziyalıları, elm-təhsil, mədəniyyət adamlar, yazarlar bu qəzetdən necə bəhrələnir, necə istifadə edir və bu qəzetin tarixi, ənənəsi, Azərbaycan dövlətinə, cəmiyyətinə lazımlılığı ilə ölçülür", Əli Həsənov deyib.

Əli Həsənov "Kaspi" qəzetlərinə maliyyə yardımı ayırlmamasının məntiqini anlamadığını da əlavə edib. Amma onun sözlərinə görə, bunun səbəblərini qəzet kollektivi araşdırır:

"Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə prezidentinə və birinci vitse-prezidentə müraciət ediblər".

Onun fikrincə, qəzet kollektivinin belə bir müraciəti etməyə haqları var: "Əgər bu gün Azərbaycan dövləti pul ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? Bilirsiniz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir," Əli Həsənov deyib.

O düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar qəbul edə bilər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...