Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

“İran kəşfiyyatı Azərbaycanda çox ciddi fəaliyyət göstərir” – İsrailli siyasi ekspertdən XƏBƏRDARLIQ

Tarix:10-01-2020, 21:23

“İran kəşfiyyatı Azərbaycanda çox ciddi fəaliyyət göstərir” – İsrailli siyasi ekspertdən XƏBƏRDARLIQ
Qasım Süleymaninin ABŞ silahlı qüvvələri tərəfindən öldürülməsi beynəlxalq ictimaiyyətdə, o cümlədən, Azərbaycanda ciddi müzakirə mövzusuna çevrilib. Turkustan.info bildirir ki, İsrail əsilli beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bu mövzu və gündəmdə olan məsələlərlə bağlı Eurasia Diary-ə eksklüziv müsahibə verib:

“İran kəşfiyyatı Azərbaycanda çox ciddi fəaliyyət göstərir” – İsrailli siyasi ekspertdən XƏBƏRDARLIQ

– Qasım Süleymaninin öldürülməsi regiondakı siyasi proseslərə necə təsir göstərib?

– Qasım Süleymaninin öldürülməsiylə əlaqədar Yaxın və Orta Şərq regionunda vəziyyət olduqca gərginləşib və mürəkkəbləşib. Yeni müharibələr proqnozlaşdırılır. İsrail və ABŞ ekspertlərinin, o cümlədən, mənim fikrimcə, Süleymani regionda çox aktiv fəaliyyət göstərən beynəlxalq terroru dəstəkləyən general idi və məhz indiki məqamda ABŞ tərəfindən bu generalın zərərsizləşdirilməsi çox gərəkli və önəmli idi. Bu şəxsin İsrail ətrafındakı dövlətlərdə, İraqda, Livanda, Suriyada İsrailə qarşı fəaliyyət göstərən terrorçu qrupların idarə və yardım edilməsində xüsusi rolu var idi. Hər kəsə məlumdur ki, İran iqtisadiyyatı çökmək üzrədir. Son dövrlər genişləndirilən sanksiyalar İranda vətəndaşların sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırıb və xalq noyabrda benzin aksiyalarında da göstərdi ki, belə vəziyyətdə yaşamaq istəmir. İran vətəndaşları ölkələrinin təbii sərvətlərindən faydalanaraq yüksək rifah səviyyəsində yaşamağı arzulayır. Lakin İrandakı rejim bütün bunlara rəğmən dövlətin vəsaitini xalqa yox, Hizbullah, Həmas, İslami Cihad kimi terror təşkilatlarına sərf edir. Bu İran siyasəti üçün paradoksal bir durumdur.

– Süleymaninin öldürülməsinə Azərbaycan ictimaiyyətindən gələn ziddiyətli reaksiyaları necə qiymətləndirirsiz?

– Azərbaycan ictimaiyyətində Süleymaninin öldürülməsi böyük rezonans doğurub. Bu rezonansı yaradanlar da düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən İranyönümlü təşkilatlardır. Hansı ki, bu təşkilatlar İrandan maliyyələşir və real şəkildə dəstəklənir. Lakin bu təşkilatlar İranda yaşayan 35 milyondan çox azərbaycanlının sosial-siyasi durumu ilə maraqlanmır. İranda yaşayan azərbaycanlılar öz dillərində təhsil ala bilmir, öz dövlətinin bayrağını qaldıra bilmir, bir çox qadağalar, təzyiqlərlə üzləşirlər. Mən İsraildə yaşayan azərbaycan kökənli insan kimi sizə deyə bilərəm ki, burada 70 min azərbaycanlı, İrandakı 35 milyon azərbaycanlıdan daha sərbəst şəkildə öz dövlətlərinin milli bayramlarını, həmrəylik gününü və digər əlamətdar günləri qeyd edirlər və hər keçirilən tədbirdə Azərbaycanın üç rəngli bayrağı dalğalandırılır. Eyni zamanda, Azərbaycanda bu gün bəzi məscidlərdə Süleymani üçün dini mərasimlərin keçirilməsi çox böyük təəssüf doğurur. Yaxın tarixə nəzər salsaq görərik ki, Süleymani Qarabağda dinc azərbaycanlılara qarşı divan tutan erməniləri real şəkildə dəstəkləyib. Bütün bunlara rəğmən Süleymaniyə Azərbaycan məscidlərində mərasimlər keçirilməsi, təxminən 80 mindən çox azərbaycanlının sosial şəbəkələrdə onun şəkillərini paylaşması bir daha göstərir ki, İranın Azərbaycanda sosial dayaqları çox güclüdür. Sözügedən dayaqların formalaşmasında İran kəşfiyyat qurumlarının böyük xidmətləri var. Düşünürəm ki, bu Azərbaycan dövlətçiliyi üçün ən ciddi milli təhlükəsizlik problemidir və böyük təhdiddir. İranda hər kəs yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib, bir milyondan çox azərbaycanlını öz torpaqlarından didərgin salıb. Lakin İran bunlara rəğmən Ermənistanla bütün sahələrdə sıx əməkdaşlıq edir. Hətta ermənilərin işğalı altındakı Şuşada Yuxarı Gövhər Ağa məscidini təmir etdirir, abidənin də üzərində “fars mədəniyyət nümunəsi” yazdırır…

– İranın Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat olduğu göz qabağındadır. Bu narahatlıq iki dövlət arasındakı münasibətlərə təsir edə bilərmi?

– İran rejimi daim Azərbaycan-İsrail münasibətlərinə qarşı böyük qısqanclıqla yanaşıb. Lakin eyni zamanda rəsmi Tehran yaxşı başa düşür ki, Azərbaycan və İsrail arasındakı dostluq münasibətlərinə əngəl törədə bilməz. Azərbaycanla İsrail arasındakı münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələrdə ilbəil inkişaf edir. İki dövlət arasında ticarət dövriyyəsi 3 milyard dollara çatıb. 70 mindən çox azərbaycanlı bu gün İsraildə yaşayır və onlar Azərbaycan-İsrail arasındakı humanitar körpüləri daha da möhkəmləndirir.

“İran kəşfiyyatı Azərbaycanda çox ciddi fəaliyyət göstərir” – İsrailli siyasi ekspertdən XƏBƏRDARLIQ
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...