Anons

Dünən, 17:00- Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

Dünən, 16:37- Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək

Dünən, 16:13- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 15:58- Nazirlər Kabineti unun qiyməti ilə bağlı qərar verib

Dünən, 15:24- Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Dünən, 15:00- Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağası tətbiq olunacaq

Dünən, 14:35- Yeddi ay ərzində Azərbaycanda 64 mindən çox körpə doğulub

Dünən, 14:02- Azərbaycana elektromobillərin idxalı kəskin azalıb

Dünən, 13:47- ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb

Dünən, 13:46- Bakıda 29 yaşlı gənc qətlə yetirildi

Dünən, 13:19- İbtidai siniflərdə dərsliklər yenilənəcək

Dünən, 12:51- Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Dünən, 12:24- Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır

Dünən, 12:00- Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"

Dünən, 11:38- Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

Dünən, 11:05- Yollarda hərəkətə nəzarət gücləndiriləcək

Dünən, 10:17- Yeni metro stansiyası necə adlandırılacaq?

15-09-2021, 17:15- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

15-09-2021, 16:53- FHN-dən vətəndaşlara müraciət: Uşaqlara qarşı diqqətli olun!

15-09-2021, 16:27- Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

Haqqımızda Əlaqə

Azərbaycan məktəblilərinin internetdə hansı təhdidlərlə üzləşə biləcəyi araşdırılıb

Tarix:8-09-2021, 11:51

Azərbaycan məktəblilərinin internetdə hansı təhdidlərlə üzləşə biləcəyi araşdırılıb
Azərbaycanda məktəblilərin internetdə hansı təhdidlərlə üzləşə biləcəyi araşdırılıb.

“APA-Economics” “Kaspersky” şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu il ərzində uşaqlar müxtəlif proqramlar yükləyə, musiqi dinləyə və film izləyə biləcəkləri saytlara baş çəkiblər ki, bu da ümumi veb-səhifə ziyarətlərinin 52%-ni təşkil edir. Bu tip ziyarətlərin sayı ötən ilə nisbətdə 10 faiz bəndi artıb.

Veb-sayt ziyarətlərinin təxminən 22%-i sosial şəbəkələr və çatlar kimi müxtəlif onlayn ünsiyyət platformalarının payına düşür. Bu saytlarda onlayn gəzişmələr də keçən illə müqayisədə 11% artıb. Oyunlar kateqoriyadan olan saytların ziyarətləri də ötən il olduğu kimi, bu il də 12% artıb. Bununla yanaşı uşaqlar onlayn mağazaları və xəbərlər saytlarına da maraq göstəriblər. Bu kateqoriyadan olan saytların ziyarəti müvafiq olaraq 6 və 5% təşkil edir. Bu fəaliyyətlərin bir qismi gənc istifadəçilər üçün təhlükəli ola bilər.

Şirkətin apardığı sorğunun nəticələrinə görə, bir çox məktəbli sosial şəbəkələrdə yeni insanlarla tanış olduğunu və tanımadığı adamlardan dostluq dəvəti aldığını etiraf edir. Bəzən bu cür təkliflər gerçək yaşı məktəb yaşından dəfələrlə fərqli olan insanlardan gəlir. Bir uşaqla intim münasibət qurmaq və ya onu şantaj etmək üçün qurulan “dostluq”lar ciddi təhlükə mənbəyidir. Bu təhlükənin xüsusi bir adı var – internetdə süni etibar qazanma (“internet-grooming”). Tanışlıq ən çox uşağın həmyaşıdı tərəfindən çatda, forumda və ya sosial şəbəkədə yaradılır. Şəxsi ünsiyyət qurarkən bədniyyətlilər uşağın güvənini qazanır, görüş təyin etməyə çalışır və ya şəxsi xarakterli fotoşəkillər və ya videolar göndərməyə meylləndirir.

Gerçək dünyada olduğu kimi məktəblilər internetdə də təcavüz və hətta təqib ilə üzləşə bilərlər. Bu fenomenə “kiberqısnama” (“cyberbullying”) deyilir. O, öz təhlükəsinə görə məktəbdə və ya həyətdəki qısnamalardan geri qalmır, çünki uşaq hər dəfə internetə daxil olduqda, yəni evdə də onun təzahürlərindən əziyyət çəkir.

Bəzən uşaqlar şəbəkədə özləri haqqında çox məlumat yerləşdirərək, mobil nömrələrini, məktəb nömrələrini açıq bildirərək, coğrafi işarələmələr edərək və şəkillər yükləyərək bədniyyətlilər üçün aktiv şəkildə boşluqlar açırlar. Bu fenomen “həddən artıq məlumat paylaşımı” (“oversharing”) adlanır. Onun təhlükəsi həddən artıq açıq məlumatların fırıldaqçılar və digər bədniyyətli insanlar tərəfindən istifadə edilə bilməsidir. Məktəblilərin təəssüratlarını öz dostları ilə bölüşmək istəyi olduqca başa düşüləndir, ancaq uşağın hara getdiyini və harada olduğunu hər bir ailə üzvü bilməlidir, axı, məsələn, evdə çəkilmiş fotoşəkillərdən bədniyyətlilər ailənin maddi vəziyyət səviyyəsini, səfərlər barədə selfi və coğrafi işarələmədən isə evdə heç kimin olmadığı vaxtı öyrənə bilərlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...