Anons

Bu gün, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

Bu gün, 12:59- Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...

Bu gün, 12:39- “Pilgrim Education” adlı TƏHSİL TƏLƏSİ... - İTTİHAM VAR...

Bu gün, 11:36- Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Bu gün, 10:57- `MediClub` tibb ocağıdır, yoxsa? - BU NƏDİ BELƏ?!

Bu gün, 09:43- Faşizm üzərində qələbədən 79 il ötür

Dünən, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Dünən, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

Dünən, 19:27- Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)

Dünən, 18:37- Ağdamın baş memarının arxasında KİM DAYANIR?-Rayonda Abdulalı Mehdiyev RÜZGARI.... -VİDEO

Dünən, 17:50- Deputat Ülvi Quliyevin oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb

Dünən, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Dünən, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Dünən, 14:54- BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Dünən, 14:23- Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır... - İTTİHAM VAR...

Dünən, 13:59- Şəkidə Şəhid anası bu evdə yaşayır... - FOTO, MÜRACİƏT

Dünən, 13:07- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır?

Dünən, 12:37- Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Dünən, 11:48- Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var? - FOTOFAKT

Dünən, 10:55- Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Azərbaycan qazını Bolqarıstana nəql edəcək interkonnektor tezliklə istifadəyə veriləcək

Tarix:10-04-2020, 17:36

Azərbaycan qazını Bolqarıstana nəql edəcək interkonnektor tezliklə istifadəyə veriləcək Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) yaxın zamanlarda istifadəyə verilməsi gözlənilir.

Bunu Yunanıstanın Energetika və ətraf mühit naziri Kostis Hadzidakis deyib.

O bildirib ki, IGB Bolqarıstana təbii qaz idxalı mənbələri və marşrutlarını şaxələndirməyə imkan verəcək:

“IGB-nin tezliklə istifadəyə veriləcəyi gözlənilir. Bu, Yunanıstanın geostrateji mövqeyinin möhkəmləndirilməsi və ölkənin regional enerji qovşağı qismində rolunun artmasa baxımından çox vacibdir. Bu kontekstdə, həmçinin Aleksandrupolisdə TAP və IGB-yə qoşulacaq və qəbul, saxlama və təkrar qazlaşdırma üçün nəzərdə tutulan üzən qurğunun tikintisi layihəsini, eləcə də Kavalada yeraltı qaz anbarını qeyd etmək lazımdır”.

Qeyd edək ki, IGB interkonnektoru Bolqarıstana "Şahdəniz-2" yatağından əldə edilən Azərbaycan qazını almağa imkan verəcək. IGB "Şahdəniz" yatağının ikinci mərhələsindən qazın Avropa bazarlarına çıxarılacağı TAP ilə birləşdiriləcək.

Birinci mərhələdə qaz kəmərinin ötürücülük qabiliyyəti 3 milyard kubmetr qaz təşkil edəcək ki, bunun da 2,7 milyard kubmetri uzunmüddətli bazarlara, 0,3 milyard kubmetr həcmində qalan pay isə qısamüddətli bazarlara yönəldiləcək.

İkinci mərhələdə bazarın inkişafından asılı olaraq, boru kəmərinin ötürücülük qabiliyyəti əlavə kompressor stansiyası sayəsində 5,3 milyard kubmetrə qədər artırıla bilər ki, bunun da 4,5 milyard kubmetri uzunmüddətli bazarlara, 0,5 milyard kubmetri isə qısamüddətli bazarlara yönəldiləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...