Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO
Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...
Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY
Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT
Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."
Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı
Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...
25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA
25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?
25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?
25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!
25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb
24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı
24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi
Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə 361 min nəfərdən artıq fermer payızlıq əkinlərini bəyan edib.
Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, həmin şəxslərə payızlıq əkin subsidiyaları veriləcək:
"Subsidiya sənədləri təsdiqlənən şəxslərin subsidiyalarının ödənilməsinə başlanıb. Martın 20-dək əkin sahələrini bəyan edən fermerlərə subsidiyaların verilməsi prosesi başa çatacaq. Bu günə qədər artıq 110 milyon manata yaxın vəsait verilib".
V.Hüseynov bildirib ki, kartlara köçürülən subsidiyaların 25 faizini fermer nağd şəkildə alır:
"Qalan 75 faizini isə Elektron İnformasiya sistemi üzərindən istifadə edə bilər. Vəsaitin 75 faizi ilə fermer ting, gübrə və ya mexanizatorların haqqını ödəmək üçün istifadə edəcək. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidməti fəaliyyətə başlayıb. Xidmət 6 ədəd avtobusla bölgələrə yollanıb. Səyyar xidmət bölgələrə gedərək fermerlərə subsidiya kartlarını şəxsən təqdim edirlər. Hazırda Səyyar xidmət İsmayıllı rayonunda kəndbəkənd gəzərək fermerlərə subsidiya kartları paylayır".