Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir

Tarix:2-03-2020, 12:50

Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ikinci beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində deyib.

O bildirib ki, Azərbaycanda kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir:

“Bu gün ölkəmizdə rəqəmsal transformasiya sürətlə davam edir. Bu sahə dövlət başçısının diqqət mərkəzindədir. Strateji yol xəritəsi qəbul edilib”.

Nazir müavini bildirib ki, ölkədə fiber-optik rabitə, LTE şəbəkəsi genişlənir, 5G formatına keçid üzrə hazırlıq işləri görülür:

“Dövlət idarəetməsi, təhsil, səhiyyə, energetika, təhlükəsizlik, müdafiə, ədliyyə, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə müasir informasiya texnologiyalarından istifadə olunur, data-mərkəzlər fəaliyyət göstərir və beləliklə hökumətin elektron informasiya buludu formalaşır”.

Qeyd edək ki, 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – Kibertəhlükəsizlik konfransı işə başlayıb.

Tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə baş tutub.

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar və fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması “Kibertəhlükəsizlik konfransı”nın əsas məqsədidir.

Kibertəhlükəsizlik konfransı sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunda çıxış edib.

Tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin təmsilçilərinin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinlənilib. “Kritik infrastrukturun kibertəhlükəsizliyi”, “Sənaye və bank sistemlərinin pentesti”, “Ağıllı şəhərlərin kibertəhlükəsizliyi”, “Kiberstartaplara investisiya qoyuluşu”, “Müasir iş yerlərinin kibertəhlükəsizliyi”, “Kibersığorta”, “Elektron ticarətdə kibertəhlükəsizlik” və digər önəmli mövzular bu sırada yer alıb.

Kibertəlükəsizlik konfransında dövlət qurumlarının, özəl təşkilatların, akademik və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, mobil operatorların, bankların, İKT şirkətlərinin, internet xidmət provayderlərinin və operatorlarının, diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin, ABŞ, Macarıstan, İsrail, Belarus, Rusiya, Hindistan və s. ölkələrin nümayəndələrindən ibarət ümumilikdə 250-dən çox səlahiyyətli şəxs və sahə üzrə mütəxəssis iştirak edib.

Konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi “Cyber Village” sərgisi keçirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...