Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Boks Federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil edib

Tarix:18-02-2020, 14:36

Boks Federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil edib
Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə peşəkar boks sahəsində beynəlxalq səviyyəli təlimlər təşkil edib.

Proqram çərçivəsində ilk təlim 10-11 fevralda, Bulvar Oteldə, peşəkar boks referi və hakimləri üçün keçirilib. Təlimi 2000-dən çox peşəkar döyüşlərdə, həmçinin 300 titul görüşlərində, hakimlik etmiş, təcrübəli İtalyan hakim Guido Cavalleri keçirib. Təlimin sonunda hakimlər imtahan verib və WBC-nin xüsusi sertifikatları ilə təltif olunublar. İkinci təlim isə 12 fevralda katmanlar üçün İspaniyalı təcrübəli katman Rodriguez “Tinin” Dominguez Agustin tərəfindən keçirilib. Təlimlər ümumən 40 nəfər iştirakçını əhatə edib.

“Azərbaycan Peşəkar Boks Federasiyası ötən il yenidən təşkil olunaraq aktiv fəaliyyətə başlayıb. Federasiyanın məqsədi ölkədə peşəkar boksu inkişaf etdirməkdir və bunun üçün boksçular, promouterlər və menecerlər ilə iş aparırıq. Dünya Boks Şurası (WBC) ilə ötən il əməkdaşlığa başlamışıq və bu beynəlxalq səviyyəli təlimləri təşkil etmişik. Bunlar hamısı Azərbaycanda peşəkar boks döyüşləri keçirməyə imkan verəcək. Arzumuz odur ki, bizim peşəkar boksçularımız ən yüksək beynəlxalq arenalarda bayrağımızı ucaltsınlar”, - Azərbaycan Peşəkar Boks Federasiyasının Prezidenti Artyom Həsənov bildirib.

Təlimlər Azərbaycanda peşəkar boks sahəsində referilərin, hakimlərin və katmanların peşəkarlığının artırılmasına xidmət edib. Bunun nəticəsində Federasiyanın nəzdində beynəlxalq tələblərə cavab verən Peşəkar Boks Komissiyası yaradılıb. Döyüşlərin qaydalara uyğun keçirilməsini idarə edəcək Komissiyanın yaradılması Azərbaycanda peşəkar boks döyüşlərini təşkil etməyə imkan verəcək.

Təlim proqramı haqqında qısa video çarx - https://www.youtube.com/watch?v=qcC7EWkhSTM

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə peşəkar boksun inkişafı üçün müxtəlif işləri davam etdirəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...