Bu gün, 16:38- Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Bu gün, 16:22- Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
Bu gün, 15:54- Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
Bu gün, 15:15- Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Bu gün, 14:49- Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub
Bu gün, 14:27- Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır
Bu gün, 14:00- Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM
Bu gün, 13:32- Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi
Bu gün, 13:03- 20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib
Bu gün, 12:38- Uşaq müəssisələrindən 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq övladlığa verilib
Bu gün, 12:24- Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi
Bu gün, 11:56- Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı daim göstərilir
Bu gün, 11:15- Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI?
Bu gün, 10:42- Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb
Bu gün, 10:09- Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir
Dünən, 17:09- Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı
Dünən, 16:41- Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Dünən, 16:16- Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dünən, 15:55- Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI
Dünən, 15:28- Sabahın havası
12 sayl Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayevanın Qaradağ rayon Ağsaqqallar Şurasının bir qrup üzvü ilə on-line görüşü keçirilib.
Görüşü giriş sözü ilə Qaradağ rayon Ağsaqqallar Şurasının üzvü Namizəd Məmmədov açib. O diqqətə çatdırıb ki, rayon Ağsaqqallar Şurası hər zaman olduğu kimi, rayonun və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək Vətənimizin tərəqqisi naminə böyük səylər göstərir. Rayonunun müdrik ağsaqqallarını sıralarında birləşdirən Şura, onun qəsəbə və kənd təşkilatları fəaliyyətlərini daha da genişləndirib, rayonun ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr veriblər. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər.
Ağsaqqallar gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində məqsədyönlü tədbirlər hazırlayıb həyata keçirirlər. Vətən Müharibəsi müddətində yüzlərcə rayon gənci əsl yurdsevərlik nümunəsi göstərərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə müraciət etmış və Vətəni müdafiə etməyə hazır olduqlarını bildirmışlər.
Namizəd Məmmədov Vətən müharibəsində qazandığı qələbə münasibətilə bütün Azərbaycan xalqını, Müzəffər Ali Baş Komandan,Azərbaycan Prezidenti İlham Əliyev cənablarını və Qalib Ordumuzu, onun qəhrəman əsgər və zabitlərini təbrik etmışdir.
Görüşdə çıxış edən Milli Məclisin deputati Səbinə Xasayeva Böyük Tarixi qələbə münasibətilə rayon Ağsaqqallar Şurasını,onun bütün üzvlərini təbrik etmişdir.O deyib ki, Ağsaqqallar Şurası rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir. Onlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, onlara düzgün yol göstərilməsində, ölkəmizin ictimai-siyasi həyatında fəal və davamlı şəkildə iştirak edirlər. Ümummilli Lider ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında ağsaqqalların mühüm rolu var. Onlar Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər.
Sonra rayon ağsaqqalarından Fikrət Nəsirov, Allahverdi Məmmədov, Mehbalı Novruzov, Sərdar Hacıyev və Abas Abbasov çıxış edib bildiriblər ki, bütün xalqımız kimi, ağsaqqallar da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin onlara diqqət və qayğısını heç zaman unutmayacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları da həmışə cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakı üçün ağsaqqalara bütün şəraiti yaradıb. Müdrikliyin, inkişafın, təcrübənin rəmzi olan ağsaqqallar bundan sonra da öndə olacaq, ölkəmizin qarşısında duran vəzifələrin vaxtında yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcəklər.
Deputat Səbinə Xasayeva sonda ağsaqqaları maraqlandıran suallara cavab vermış, rayon Ağsaqqallar Şurası üzvülərinin, o cümlədən, bütün ağsaqqalların bundan sonra da ölkənin və rayonun ictimai-siyasi həyatında fəal iştirak edəcəklərinə, həmişə öndə gedəşəklərinə tam əmin olduğunu bildirmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Bayram MƏMMƏDOV,
Milli Məclisin deputat köməkçisi,
Əməkdar müəllim, AJB-nin üzvü