Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

CİNAYƏTKAR ALƏMDƏ NÜFUZ SAVAŞI

Tarix:6-06-2020, 21:54

CİNAYƏTKAR ALƏMDƏ NÜFUZ SAVAŞI Son zamanlar kriminal klanlar arasında olan savaş yeni mərhələyə qədəm qoyub desək, yanılmarıq. Bu isə özünü daha çox mətbuat səhifələrində büruzə verir.

Belə ki, bəzi klanlara yaxın olan mətbu orqanlar, digər klanlara aid olan nüfuzlu şəxslər barəsində həqiqəti əks etdirməyən şər və böhtan xarakterli materiallar tirajlamaqdadırlar. Bu yönümdə hədəf seçilən şəxslərdən biri də "Albert Gəncinski" ləqəbi ilə tanınan qanuni oğru, həmyerlimiz Əli Heydərovdur.

Öncə onu qeyd edək ki, "Albert Gəncinski" ləqəbli qanuni oğru Əli Heydərov hal - hazırda Rusiya dövlətinin cəzaçəkmə müəssisələrindən birində cəza çəkir. Yeri gəlmişkən onu da qeyd edək ki, "Albert Gəncinski" oğru dünyasında, o cümlədən Rusiya ərazisində böyük hörmətə və nüfuza sahibdir. Onun gənc yaşlarında bu qədər nüfuza və hörmətə sahib olması heç də təsadüfi deyil ki, bəzi rəqiblərini qıcıqlandırır, dolayısı ilə desək, onları narahat edir.

Ona görə də özlərinə yaxın olan mətbu orqanlarda, o cümlədən sosial şəbəkələrdə "Albert Gəncinski" barəsində həqiqəti əks etdirməyən materiallar dərc etməyə çalışırlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bəzi mətbuat səhifələrində bildirilir ki, guya "Albert Gəncinski" ləqəbli qanuni oğru Əli Heydərov məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. Bu barədə redaksiyamız müəyyən araşdırmalar aparmışdır. Aparılan araşdırılmalar zamanı qanuni oğruya yaxın olan mənbələr məlumatın tam yanlış olduğunu bildirmişlər. Eyni zamanda, onu da qeyd etmişlər ki, "Albert Gəncinski" hal-hazırda cəza çəkdiyi müəssisədədir. Düzdür, onun bu yaxınlarda azadlığa çıxması gözlənilir. Amma, barəsində bəhs edilən məhkəmə hələ olmayıb. Elə təkcə bu amil onu göstərir ki, məlumatlar məqsədli və məkrlidir.

Redaksiyamızı bilgiləndirən mənbə sonda onu da qeyd etmişdir ki, bu yanlış məlumatlar özlərini oğru aləminə güclə "pərçim" etmiş bir sıra cılız ünsürlərin dövriyyəyə buraxdıqları yalan məlumatlardır!

Qanun-namine.info Araşdırma Mərkəziскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...