Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Sosial şəbəkədə yayılmış kadrlarla bağlı Yol Polisindən açıqlama - VİDEO

Tarix:24-03-2020, 19:45

Sosial şəbəkədə yayılmış kadrlarla bağlı Yol Polisindən açıqlama - VİDEO Bakıda sürücü maska taxmayan və əlcək geyməyən yol polisinə etiraz edib.

Oxu.Az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Yol polisi avtomobili saxlayaraq, sürücüdən sənədlərini təqdim etməyi tələb edib. Sürücü isə polisin maska və əlcəkdən istifadə etməməsinə etiraz edərək, avtomobilin şüşəsini endirməkdən imtina edib:

“Mən bilmirəm, bəlkə sən xəstəsən? Vaqif Əsədov deyib ki, maska və əlçəkdən istifadə məcburidir”.

Polis əməkdaşı isə bunun məcburi olmadığını deyib.

Məsələ ilə bağlı Oxu.Az Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. O, belə bir açıqlama vermədiyini bildirib:

“Mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinin qərarına əsasən, bütün qurumlar, nazirliklər qabaqlayıcı tədbirləri daha da gücləndirib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də əməkdaşlarına tövsiyə xarakterli müraciət edərək, tibbi maska və əlcəklərdən istifadə etmələrini xahiş edib. Burada heç bir məcburiyyət və rəsmi qərar yoxdur. Mən belə açıqlama verməmişəm. İdarə əməkdaşları da bütün yoxlamalardan keçib. Hər gün mütəmadi olaraq, idarədə dezinfeksiyaedici məhlullardan istifadə edilir. Necə ola bilər ki, xəstə əməkdaş iş başında olsun?

Həmin vətəndaş şəxsi mənafeyi xətrinə polisin fəaliyyətinə kölgə salmağa çalışıb. Bu, hazırlanmış “ssenaridir”. Ölkə ərazisində koronavirusla bağlı bu qədər ciddi vəziyyət davam edərkən, vətəndaşların məsələyə qeyri-ciddi yanaşması təəssüf doğurur. Yol polisinin fəaliyyətinə qarşı əsassız etiraz və təxribat xarakterli videonun çəkilməsi, sosial şəbəkədə paylaşılmasının nəyə xidmət etdiyini anlaya bilmirəm. Yəqin ki, həmin şəxs barəsində aidiyyəti orqanlar tərəfindən tədbir görüləcək”.

Bununla yanaşı, V.Əsədov yol polisi əməkdaşlarının nöqsanları barədə sosial şəbəkədə paylaşım edilməsini müsbət qiymətləndirib:

“Bəzən sosial şəbəkələrdə yol polisi əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirərkən yol verdiyi nöqsanlar ictimailəşdirilir. Təbii ki, əsaslı iddialar olan məqamlar tərəfimizdən araşdırılır və problemlər aradan qaldırılır. Lakin bu cür əsassız iddialarla yol polisinin fəaliyyəti ilə bağlı paylaşım edilməsi yolverilməzdir”.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...