Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Koronavirusdan şübhələnən vətəndaşların nəzərinə! XƏBƏRDARLIQ

Tarix:24-02-2020, 15:16

Koronavirusdan şübhələnən vətəndaşların nəzərinə! XƏBƏRDARLIQ Səhiyyə Nazirliyi tərəfindən ilkin mərhələ tədbirlərini əhatə edən koronavirusa yoluxma hallarına birbaşa müdaxilə ilə bağlı 3 xəstəxana ayırılıb. Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev deyib.

O bildirib ki, koronavirusa yoluxma şübhəsi yaşayan vətəndaşlar aşağıda adı hallanan 3 xəstəxanaya və ya ərazi poliklinikasına müraciət edə bilərlər: "Kliniki Tibbi Mərkəzdə, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Elmi Tətqiqat Ağciyər İnstitutunda xüsusi palatalar ayrılıb. Lazım olduğu halda orada müvafiq bütün şərait yaradılıb. Koronavirusa yoluxma şübhəsi olan şəxslər birbaşa bura müraciət edə bilərlər. Digər halda isə ən yaxşısı ərazi üzrə poliklinikaya müracət edə bilərlər. Lazım olduqda həmin şəxslər qeyd etdiyim tibb müəssisələrinə yönləndiriləcəklər".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva SİA-ya məlumat verərkən bildirib ki, hələ ki, koronavirusa yoluxma şübhəsi ilə bağlı vətəndaş müraciəti qeydə alınmayıb. O bildirib ki, belə bir müraciət olduğu halda məlumatlar birbaşa Səhiyyə Nazirliyinə yönləndirilir.

Eyni zamanda Səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" Əmr imzalayıb.

Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb. Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, beynəlxalq səhiyyə təşkilatlarının məlumatına görə, xəstəliyin gizli qaldığı və ya özünü gizlətdiyi pəncərə dövrünün 27 gün olduğu bildirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...