Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Azərbaycanda koronavirusa yoluxma halı istisna edilmir - Baş infeksionist

Tarix:23-01-2020, 16:49

Azərbaycanda koronavirusa yoluxma halı istisna edilmir - Baş infeksionist Azərbaycanın baş infeksionisti Cəlal İsayev 2019-nCoV adlı koronavirusun ölkəmizə keçmə ehtimalını dəyərləndirib.

C.İsayev açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxma halı yoxdur, amma onun ölkədə olma ehtimalı da istisna edilmir.

Baş infeksionist Azərbaycana virusun gətirilməməsi üçün qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə çatdırıb:

“Azərbaycandan Çinə, eləcə də Çindən Azərbayacana istər ticarət, istərsə də turizm məqsədilə gələn insanlar var. Amma buna baxmayaraq, bu gün koronavirusun ölkəmizə gətirilmə ehtimalı o qədər də yüksək deyil”.

C.İsayev qeyd edib ki, koronaviruslara yoluxma çox sıx təmas zamanı baş verir. Yoluxma mədə-bağırsaq və hava-damcı yolu ilə mümkün ola bilər. Daha təhlükəli yoluxma isə hava-damcı yolu ilə baş verir. Bu halda adətən, ağciyərlərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur:

“Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Ümumiyyətlə, koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur”.

C.İsayev deyib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:

“Bu zaman insanlarda zökəm əlamətləri - burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir”.

Qeyd edək ki, 2019-nCoV adlı koronavirus ötən ilin dekabr ayının sonlarında Çinin Uhan əyalətində qeydə alınıb. Virus artıq Çindən kənarda - Cənubi Koreya, Yaponiya, ABŞ və Taylandda aşkarlanıb. Sinqapur, Honqkonq və Avstraliyada şübhəli infeksiya halları qeydə alınıb.

Yeni koronavirusun törətdiyi bu xəstəliyə indiyədək 532 nəfərin yoluxduğu, 17 xəstənin isə öldüyü bildirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...