Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə BU YENİ SÖZLƏR daxil edilib

Tarix:3-12-2019, 10:22

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə BU YENİ SÖZLƏR daxil edilib Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin bu ilin sonuna kimi işıq üzü görməsi nəzərdə tutulur.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, lüğət AMEA-nın Rəyasət Heyəti tərəfindən nəşr olunmaq üçün “Elm” nəşriyyatına təqdim edilib. M.Nağısoylu yeni Orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın sözün daxil edildiyini söyləyib.

Akademik əlavə edib ki, hazırkı lüğətdə mövcud olan təxminən 1000-ə yaxın söz yeni lüğətdən çıxarılıb: "Köhnə lüğətdə yaddan çıxarılan sözlər yeni lüğətə daxil edilib. Məsələn, hazırkı lüğətdə “ucadan” sözü var, amma "uca" sözü yox idi. Lüğətə daxil edilən sözlərin əksəriyyəti yeni yaranan sözlərdir. Məsələn, yutub, onlayn, instaqram, multikulturalizm, tolerantlıq, qloballaşma, bloger, skaut kimi sözlər hazırkı lüğətdə yoxdur, ona görə də bu sözlər yeni lüğətə daxil ediləcək".

Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli də yeni lüğətə daxil edilən bəzi sözləri Trend-ə açıqlayıb.

O qeyd edib ki, lüğətə pide, pilates, pilinq, depilyasiya, deport, demontaj, dermatokosmetologiya, devalvasiya, üzən məzənnə, dezinfyasiya, dezodorant-antiperspirant, DVD, DVD-R, dubl, dönər, popler, dopinq, e-dərslik, Ebola, ekonomiks, ekoturizm, eks-divident, gel-korrektor, gey, geyparad, gel-skrab-maska, fləş, fləş-kart, smaylik, smart-TV, selfi, sendviç, sellülit, seksizm, summativ, vay-fay, administrasiya, administrator, boulinq, breket, realiti-şou, realizə, mozaik, mozaiklik, motivasiya, İŞİD, dolğu, dollarlaşma, domen, institutsional, istəblişment (hakimiyyət dairəsi, siyasi elita), submədəniyyət, makdonalds, magistr, magistratura, geyşa (incəsənət adamı), ekonom-sinif, e-diplomatiya və s. kimi sözlər daxil edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...