Anons

Bu gün, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Bu gün, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Bu gün, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Bu gün, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Bu gün, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bu gün, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Bu gün, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Bu gün, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Deputatın şirkəti qanunu pozsa da, cəzasızdır: "Kristal Abşeron" minlərlə sakinin hüququnu pozur

Tarix:28-12-2023, 10:52

Deputatın şirkəti qanunu pozsa da, cəzasızdır: "Kristal Abşeron" minlərlə sakinin hüququnu pozur Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, “Kristal Abşeron” şirkəti inşa etdiyi binalarda idarəçiliyi qeyri-qanuni olaraq mənimsəyib. Ekspertin sözlərindən məlum olur ki, şirkətin tikintisini başa çatdırdığı, məskunlaşmaolan binalarda idarəetmə hələ də “Kristal Abşeron”un özündədir. Halbuki qanunvericiliyə görə, çoxmənzilli binaların tikintisi başa çatdıqdan sonra burada məskunlaşma 50 faizdən artıq olduqda bina mənzil mülkiyyətçilərinin yaratdığı quruma təhvil verilməli, inşaatçı idarəetmədən kənarlaşmalıdır.


“MTK-ların, tikinti şirkətlərinin binaları təhvil verməməsi, sakinləri idarəetmədən kənarda saxlaması hüquqi məsuliyyət yaradır. Lakin təəssüflər olsun ki, onlara hələ heç bir dövlət qurumu müdaxilə edə bilməyib”. Bunu AFN.az-a açıqlamasında əmlak hüququ üzrə ekspert, çoxmənzilli binaların idarə olunması sahəsində fəaliyyət göstərən “Rahat Yaşam” şirkətinin şöbə müdiri Elxan Orucov deyib. O, bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu sahə mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq, mülkiyyətçilər çoxmənzilli binaların üç idarəetmə formasından birini seçməyə borcludurlar: bura binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi və idarəedici təşkilat tərəfindən idarə edilməsi daxildir: “İnşaat şirkətləri və MTK-larla bağlı isə onu deyə bilərəm ki, müvafiq qanununvericilikdə çoxmənzilli yaşayış binasının inşası tam başa çatdıqdan və orada yaşayanların əlli faizindən çoxuna mülkiyyət hüququ verildikdən sonra bir ay ərzində MTK-nın ləğvi, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması nəzərdə tutulur. Yaxud da yuxarıda qeyd etdiyimiz kimi, sakinlərin üç idarəetmə üsulundan birini seçmək hüququ var. Buna baxmayaraq, bir çox inşaat şirkətləri və MTK-lar binaları sakinlərə təhvil vermək istəmirlər. Bu sahədə olan təcrübəmizə əsaslanaraq qeyd etmək istəyirəm ki, həmin sahibkarların, yəni bina tikənlərin böyük əksəriyyəti kommunal idarəetmə istiqamətində zərərlə çalışırlar”.
E.Orucov onu da əlavə edib ki, çoxmənzilli binaların idarə olunması inkişaf etmiş ölkələrdə idarəedici şirkətlər tərəfindən həyata keçirilir: “Çünki idarəedici şirkətlərin bu sahə üzrə ixtisaslaşmır kadrları, böyük maddi-texniki bazası olur və onlar müasir idarəetməni əhatə edən innovasiyalardan istifadə edirlər, peşəkarlıq baxımından keyfiyyətli idarəetmənin təşklili ilə bağlı birçox üstünlüklər təklif edirlər”.
Qeyd edək ki, “Kristal Abşeron” şirkətinə inşa etdiyi binaların idarəedilməsi forması, təcrübəsi və mövcud vəziyyətlə bağlı sorğu ünvanlamışıq. Şirkətdən sorğumuza verilən cavabı təqdim edəcəyik.
Onu da vurğulayaq ki, “Kristal Abşeron” şirkəti Azərbaycanda olduqca iri mənzil layihələri reallaşdırır. Şirkət həmçinin bir sıra dövlət proqramlarında tikinti işlərini icra edir. Şirkətin sahibi deputat Ağalar Vəliyevdir.(AFN)
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...