Anons

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Dünən, 09:34- "Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" - ETİRAZ VAR...

Dünən, 09:09- Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır - "Ayıb"ımızı sel yuyur, gün qurudur...

Haqqımızda Əlaqə

Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirilib

Tarix:20-12-2022, 14:33

Daşkəsən rayonunda yerli sakinlərlə  növbəti görüş keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM)
Komitəsi tərəfindən Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirilib. Daşkəsən
rayonunun Quşçu kəndində təşkil edilən görüşdə sözügedən kəndin sakinləri ilə yanaşı, Çovdar,
Çaykənd, Şadax və Bayan kəndlərinin sakinləri, həmçinin Daşkəsən şəhərindən olan vətəndaşlar
iştirak ediblər.
Görüşdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri
Xəyyam Fərzəliyev çıxış edərək, Səhmdar Cəmiyyətin aktiv hasilat fəaliyyəti həyata keçirdiyi
Daşkəsən rayonunda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə icra
edilən çoxsaylı layihələrdən danışıb. Qeyd olunub ki, başa çatmaqda olan 2022-ci il ərzində
aztəminatlı ailələr, xüsusilə şəhid ailələri və qazilər üçün sosial dəstək tədbirlərinin həyata
keçirilməsi, QSC-nin törəmə cəmiyyəti “Daşkəsən Dəmir Filiz” MMC-nin balansındakı idman
meydançalarının əsaslı təmirdən sonra vətəndaşların istifadəsinə verilməsi, arıçılıq
təsərrüfatlarının inkişafına töhfələrin verilməsi, ucqar kəndlərdə uşaqlar üçün səyyar tibbi
müayinə aksiyalarının təşkil edilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səlmixan
İsgəndərov adına Quşçu qəsəbə tam orta məktəbinin yeni modul tipli binasının inşa olunaraq,
2022-2023-cü tədris ilində müəllim və şagirlərin istifadəsinə verilməsi, eləcə də digər
istiqamətlərdə həyata keçirilmiş layihələr yerli icmaların hərtərəfli dəstəklənməsi sahəsində
“AzerGold” QSC-nin fəaliyyətinin davamlı xarakter daşıdığını bir daha təsdiq edir.
Daşkəsən rayonunda məşğulluq səviyyəsinin artırılması istiqamətində Səhmdar
Cəmiyyət tərəfindən reallaşdırılan tədbirlərdən danışan Komitə sədri işə qəbul zamanı yerli
sakinlər, xüsusilə şəhid ailələri və qazilərin müraciətlərinə üstünlük verildiyini, vakansiyalar üzrə
tələblərə uyğun gəldikləri təqdirdə onların əmək fəaliyyətinə cəlb edildiklərini bildirib. İşə qəbul
prosesində eyni yanaşmanın Səhmdar Cəmiyyətin uzunmüddətli podrat təşkilatları tərəfindən
də tətbiq edildiyi qeyd olunub. Hazırda Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində həm
QSC-nin, həm də podrat təşkilatların əməkdaşlarının əksəriyyətinin yerli sakinlər olduğu
vurğulanıb. Bundan başqa, regionun sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən
Daşkəsən dəmir filizi yataqlarının istismarı layihəsinin icrasını uğurla davam etdirən “Daşkəsən
Dəmir Filiz” MMC tərəfindən də bu gün Daşkəsən rayonunda daimi işlə təmin edilən
vətəndaşların əksəriyyətinin yerli sakinlərdən təşkil edildiyi, layihənin aktiv fazasında isə iş
yerlərinin sayının daha da artacağı vurğulanıb.
QSC-nin qarşıdakı dövrlərdə strateji layihələrinin icrası ilə bağlı kadr ehtiyaclarının yerli
sakinlər hesabına qarşılanması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə tərəfdaşlıq
çərçivəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində dağ-mədən
sənayesini əhatə edən müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün artıq ikinci ildir ki,
“Təqaüd proqramı” layihəsinin icra edildiyi xatırladılıb. Həmçinin ölkəmizdə fəaliyyət göstərən
ali təhsil müəssisələrində dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələrində təhsil
alan tələbələr üçün “Təqaüd proqramı” müsabiqəsinin təşkil edildiyi, hər iki layihə qaliblərinin
məzun olduqdan sonra müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində addımların atıldığı
diqqətə çatdırılıb.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib və qeydiyyata alınıb. Komitə sədri
müraciətlərlə bağlı müvafiq addımların atılması, vətəndaşların qaldırdıqları məsələlərin
araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq və
tövsiyyələrini verib.
Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr
çərçivəsində bölgə əhalisi ilə ənənəvi görüş və sorğuların təşkili qarşıdan gələn 2023-cü ildə də
davam etdiriləcəkdir.


Daşkəsən rayonunda yerli sakinlərlə  növbəti görüş keçirilib
Daşkəsən rayonunda yerli sakinlərlə  növbəti görüş keçirilibскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...