Anons

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

478 hərbçi yeni mənzillərlə təmin olunacaq

Tarix:13-12-2022, 17:18

478 hərbçi yeni mənzillərlə təmin olunacaq
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Maliyyə Nazirliyindən verilən xəbərə görə, Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.

Komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iclası açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim xüsusi diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəratinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır. Ötən müddət ərzində Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunub.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında hazırda mənzil növbəsində olan 478 nəfər hərbi qulluqçunun Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunması barədə qərarlar qəbul edilib. Qeyd olunub ki, onlardan 20 nəfəri şəhid olmuş hərbi qulluqçuların ailələridir.

Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının həyata keçirilməsi sayəsində bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 min 686 nəfər hərbi qulluqçu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə 26 şəhid olmuş hərbi qulluqçu ailəsi mənzillərlə təmin olunub.

İclasda, həmçinin, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 942 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb və beləliklə, mənzil növbəsində duran hərbi qulluqçuların ümumi sayı 2 min 302 nəfərə çatıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...