Anons

Bu gün, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Bu gün, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Bu gün, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Bu gün, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Bu gün, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Bu gün, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Bu gün, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Haqqımızda Əlaqə

Uşaqpulu dünyada və bizdə - ARAŞDIRMA

Tarix:31-01-2022, 12:00

Uşaqpulu dünyada və bizdə - ARAŞDIRMA
Hər bir insanın yaşayışı və inkişafı üçün zəruri olan minimum standartlar var. Bunlardan biri də uşaqlara verilən müavinətlərdi. Dünyada müəyyən sənədlər var ki, ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər.

Uşaq Hüquqları Konvensiyası və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə, hər bir uşağın təsbit olunmuş hüqüqları var.

Modern.az Azərbaycanda da uzun müddətdir müzakirə olunan uşaqpulu məsələsindən çıxış edərək, dünya ölkələrindəki vəziyyəti araşdırıb.

Başlayaq, şimal qonşumuz Rusiyadan. Burada uşaqlar üçün ailələrə verilən dəstək uşaqların sayından asılı olaraq dəyişir. Birinci uşaq üçün analara verilən birdəfəlik müavinət 466 417 rubl (12 min 879 AZN), ikinci uşaq üçün 150 min rubl (4100 manat) təşkil edir.

Vladimir Putinin qeyd edib ki, iki uşağı olan ailələr üçün vəsaitin ümumi həcmi 616 min rubldan (17 min AZN) çox olacaq və indeksləşdiriləcək.

Üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl (9.8444 manat) həcmində ipoteka krediti verir.

Qeyd edək ki, ikinci və üçüncü uşağın doğuşunda və ya övladlığa götürülməsində ailələrə dövlət dəstəyi Rusiyada 2007-ci ilin yanvar ayından başlanıb.

Qardaş Türkiyədə birinci uşaq dünyaya gəldikdə 300 TL(37,70 manat), ikinci uşaq üçün 400 TL(50,27 manat), üçüncü uşaq üçün isə 600 TL (75,42 manat) verilir. 6 yaşdan yuxarı uşaqlar üçün müavinət 38,62; 6 yaşdan kiçiklər üçün isə 77,23 TL təşkil edir.

Qərb qonşumuz Gürcüstanda uşaqpulu valideynlərin gəlirlərinə əsasən hesablanır. Əgər hər iki valideynin toplam aylıq gəliri 10.000 dollardırsa, bir uşaq üçün ayda 1.259 dollar ödənilir. Bu, həmçinin, ikinci və üçüncü uşaqlara da şamildir.

Ermənistanda isə birinci uşağa 50.000 (176.1376 manat), ikinci uşağa 150.000 dram verilir.

Qərbə nəzər salsaq, Amerikada 17 yaşadək hər uşaq üçün müavinət ildə 2000 ABŞ dolları təşkil edir. 6 yaşınadək uşaqlar üçün bu məbləğ 3600 ABŞ dolları təşkil edir.

Almaniyada uşaqpulu minimum 18 yaşına qədər verilir. Əgər uşaq ali təhsil alarsa, ödəniş 25 yaşına qədər davam edir. Burada birinci və ikinci uşaq üçün aylıq ödəniş 219, üçüncü uşaq üçün isə 225 avro təşkil edir.

İtalyada isə bir uşaq üçün ayda 138, iki uşaq üçün 258, üç uşaq üçün 375 avro müavinət verilir.

Fransada uşaq doğuşuna görə valideynələrə 927 avro birdəfəlik müavinət, övladlığa götürənlərə isə 1855 avro verilir. Sonra üç il ərzində valideynlərə onların gəlirlərinə görə 92 avrodan 185 avroya qədər aylıq müavinət ödənilir. Uşaq ailənin ilkidirsə, bu müddətin sona çatmasından sonra ödənişlər ləğv edilir. Lakin ailədə digər uşaq dünyaya gəlibsə, iki uşağa ayda 130 avro, üç uşağa 297, dörd uşağa 464 avro, 21 yaşa çatana qədər ödənilir.

Qazaxıstanda da uşaqlara sosial müavinət verilir. Qeyd edək ki, 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır.

Özbəkistanda isə 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir.

Ölkəmizdə də uşaqlar üçün müəyyən müavinətlər ödənilir. Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, uşaqların haqqlarının qorunması öhdəliyinə malikdir.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-cu il tarixli Fərmanına əsasən 2022-ci ilin yanvarın 1-dən uşağın anadan olmasına görə müavinət 300 manat məbləğində müəyyənləşdirilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununa əsasən ünvanlı sosial yardım təyin olunan ailəyə əlavə dəstək olaraq bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq müavinət təyin edilir.

2022-ci ilin yanvarın 1-dən müavinətin məbləği 70 manat məbləğində müəyyənləşdirilib.

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir. 2022-ci ilin yanvarın 1-dən 70 manat məbləğində müəyyənləşdirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...