Anons

Bu gün, 17:28- Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Bu gün, 17:04- “Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

Bu gün, 16:18- "Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi

Bu gün, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Bu gün, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Bu gün, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Bu gün, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Bu gün, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Bu gün, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Bu gün, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Haqqımızda Əlaqə

Baş Prokurorluq vətəndaşların sosial şəbəkə hesablarının hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlı videoçarx hazırlayıb

Tarix:26-01-2022, 12:24

Baş Prokurorluq vətəndaşların sosial şəbəkə hesablarının hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlı videoçarx hazırlayıb
Son dövrlərdə sifariş əsasında istənilən şəxsin sosial şəbəkə hesabının parolunu sındıran hakerlərin sayı artıb

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların və slaydların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması ənənəsi davam etdirilir.

Bu həştəq altında təqdim olunan növbəti videoçarxda vətəndaşların sosial şəbəkələrdəki hesablarının şifrələrinin hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlı maarifləndirici məlumat verilib. Videoçarxda bildirilib ki, müasir dövrdə, demək olar, hər kəs sosial şəbəkələrdən istifadə edir. Sosial şəbəkələrin inkişafı informasiya bolluğuna və əlçatımlığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Bununla yanaşı, sosial şəbəkələr insanların fiziki və informasiya təhlükəsizliyinə təhdid formalaşdıra bilər. İş, sosial həyat, bəzən də sadəcə maraq üçün daxil olduğumuz sosial şəbəkələrdəki hesablarımız təhlükə altındadır. Son dövrlərdə sifariş əsasında istənilən şəxsin sosial şəbəkə hesabının parolunu sındıran hakerlərin sayı artıb. Hətta bəzi internet səhifələrində bununla bağlı reklamlara da rast gəlinir. Bundan əlavə, həmin hakerlər tərəfindən şəxsi həyata müdaxilə edən bəzi xidmətlər də təklif olunur ki, bununla da qarşı tərəfin şəxsi foto və videolarına baxmaq, harada olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışmasını izləməyin yolları öyrədilir. Həmin şəxslər sosial şəbəkələrdəki hesabların parolunu sındırmaq üçün müştərilərə müxtəlif qiymətlər təklif edirlər.

“Bildiririk ki, başqasının şəxsi internet hesabının sındırılması Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır. Sosial şəbəkə hesablarınızın ələ keçirilməməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin müəyyən etdiyi qaydalara riayət etməyiniz tövsiyə olunur. Odur ki, sosial şəbəkə hesablarınız başqa şəxslər tərəfindən ələ keçirildikdə və bununla bağlı hər hansı təhdidlə üzləşdikdə hüquq-mühafizə orqanlarına dərhal məlumat verilməsi xahiş olunur”, - deyə Baş Prokurorluğun videomüraciətində bildirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...