Anons

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Dünən, 09:34- "Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" - ETİRAZ VAR...

Dünən, 09:09- Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır - "Ayıb"ımızı sel yuyur, gün qurudur...

Haqqımızda Əlaqə

“JEK”lər LƏĞV EDİLİR - Alternativ nə olacaq?

Tarix:24-12-2021, 13:19

“JEK”lər LƏĞV EDİLİR - Alternativ nə olacaq?
“Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi yer aldığını deyib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az saytına danışarkən vurğulayıb ki, “JEK”lər ləğv edilməli, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir:

““JEK”lərə maliyyə ayrılmadığı üçün demək olar ki, öz funksiyalarını tamamilə itiriblər. Hazırda ancaq kiçik işlər görürlər.

Maliyyə ayrılmadığı üçün əvvəlki kimi texniki avadanlıqları yoxdu, mütəxəssisləri sıradan çıxarıb, işçilərin sayını azaldıblar. Əgər əvvəllər hər “JEK”də onlarla şəxs çalışırdısa, texniki vəsaitləri, maşınları var idisə, indi heç biri yoxdu. Kasıb vəziyyətə düşdükləri üçün fəaliyyətləri də gözə görünmür.

“JEK”lərin ləğvi məsələsi bir neçə il bundan öncə qaldırılmışdı. Mən “JEK”in bələdiyyələrə birləşdirilməyini təklif etmişdim. Çünki bu səlahiyyətləri bilavasitə bələdiyyələr yerinə yetirə bilərlər. Ancaq onun da tərəfdarı deyiləm ki, burada uzun müddət çalışanlar işsiz qalsınlar. Əlbəttə ki, bu səlahiyyətlər bələdiyyələrə veriləndən sonra orada çalışan, bu sahəni yaxşı bilən işçilər bələdiyyələrin nəzdində fəaliyyət göstərməlidirlər”.

Deputat deyib ki, ümumiyyətlə, hansı struktur öz fəaliyyətini yerinə yetirə bilmirsə, ləğv edilməlidir:

“Əgər bu gün hansı struktur öz vəzifəsini yerinə yetirə bilmirsə, düşünürəm ki, ləğv edilməlidir. Çünki öz fəaliyyətini bilməyən struktur artıq orqanizm kimidir.

“JEK”lərdəki vəziyyət də belədir. Ştatlar azaldılıb, fəaliyyət ən aşağı səviyyəyə enib. Amma qeyd etmək lazımdır ki, mütləq alternativ bir təşkilat olmalıdır. Bu alternativ təşkilat olaraq, mən bələdiyyəni görürəm. Bələdiyyə bu gün ərazilərdə müəyyən xidmətləri edə bilir. “JEK”lər birmənalı olaraq, ləğv edilməlidir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...