Anons

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi

Tarix:15-01-2020, 14:54

“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Sevinc Ağa Xəlilqızının (Basqallı) “Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi.

Azərbaycan Himni səsləndirildi və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə kitabın müəllifi Sevinc Ağa Xəlilqızı açdı. Müəllif qeyd etdi ki, kitab Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin Vətənə və Azərbaycanın ərazi bütövlüyünə həsr olunmuş sitatları ilə başlanır. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətənpərvərlik haqqında sitatları verilib. O, bildirdi ki, kitabda Dağlıq Qarabağ hadisələri və o cümlədən Qarakənd faciəsindən bəhs edilir. Müəllif tarixi faktları araşdıraraq xatırlatdı ki, bugünkü Ermənistan ərazisinin 82 faizi Azərbaycan torpaqlarıdır. Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Göyçə mahalı, Göyçə gölü bizim ata-baba yurdlarımızdır. Kitabda şəhidlər haqqında tarixi məlumatlar əks olunub, şəhidlər haqqında şeirlər verilib. Qarakənd yaxınlığında Azərbaycana məxsus hərbi helikopterin ermənilər tərəfindən vurulmasına həsr olunmuş povest kitabda mərkəzi yer tutmuşdur.

Çıxış edənlər BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, kitabın məsləhətçisi Tahir Cəfərli kitab haqqında geniş söhbət açaraq, Qarabağ uğrunda həlak olan bütün şəhidləri qəhrəman adlandırdı. Kitabın məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova qeyd etdi ki, Qarabağ uğrunda mübarizə Azərbaycanın ən yeni tarixinin faciəli səhifələrindən biridir. O, müəllifə hörmət və ehtiramını bildirərək ona yeni yaradıcılıq uğurları arzuladı. Kitabın redaktoru, Atatürk Mərkəzinin şöbə müdiri, AYB-nin üzvü Dəyanət Osmanlı

vurğuladı ki, kitabda xronoloji ardıcıllıqla çox mühüm faktlar öz əksini tapmışdır, Qarakənd yaxınlığında həlak olanlar haqqında məlumatlar verilmişdir. Təqdimatda şair-qəzəlxan, AYB-nin üzvü Zülfüqar Həbibi, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Qafar Əsgərzadə, ”Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, BDU-nun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, yazıçı-publisist, “Elm və təhsil” qəzetinin baş redaktoru Pərixanım Muradova və başqaları çıxış etdilər.

Helikopterdə həlak olan həmvətənlərimizin ailə üzvləri və qohumları Məleykə Əsədova, Lalə Hacıyeva, Lalə İsmayılova, Səadət Mahmudova, Firuzə Qayıbova, Xurşud Namazəliyeva və başqaları çıxış edərək müəllifə dərin minnətdarlıqlarını bildirərək, bütün şəhidlərin xatirələrini ehtiramla yad etdilər.

Tədbirin şəhidlərə həsr olunmuş bədii hissəsində 53 №-li tam orta məktəbin şagirdləri Həmid və Lalə Tağıyevlər, Murad Əhmədzadə, 21 №-li tam orta məktəbin şagirdləri Fatimə Cavadova, Rəvanə Həsənli, 20 №-li məktəb-liseyin şagirdi Ceyran Hüseynova, şəhid Samir Hacıyev adına 5 №-li tam orta məktəbin şagirdi Aylin Hacıyeva çıxış etdilər.

Tədbirin sonunda Beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının magistrı İslam Qasımov Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etdi.

“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi
“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...