Anons

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

24-04-2024, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

24-04-2024, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

24-04-2024, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

24-04-2024, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Haqqımızda Əlaqə

Gömrük Akademiyasında “Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib

Tarix:25-12-2019, 12:11

Gömrük Akademiyasında “Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib Dekabrın 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan" mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbi, habelə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəhbərliyi və əməkdaşlarının təmsil olunduğu tədbirdə ölkənin milli təhlükəsizliyinə - suverenliyi, ərazi bütövlüyü, hüquqi, iqtisadi və informasiya təhlükəsizliyi və s. - mövcud təhdidlərin qiymətləndirilməsi və onlarla mübarizə metodlarının inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov tədbirin xüsusi təyinatlı ali təhsil müəssisələrinin iştirakı ilə təşkil olunan ilk dəyirmi masa olduğunu, əlaqələrin möhkəmləndirilməsi, elm, tədris və təlim prosesi sahəsində daha yaxından əməkdaşlıq etmək üçün effektiv platforma olduğunu bildirib.

Dəyirmi masanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyini qeyd edən Akademiya rəisi tədbir iştirakçıları adından ölkə başçısını təbrik edib, ölkəmizin inkişafı və rifahı naminə yorulmaz fəaliyyətində daim uğurlar arzulayıb.

Akademiya rəisi Gömrük Akademiyasında aparılan tədqiqatların, kadr hazırlığı və gömrük xidməti əməkdaşlarının potensialının gücləndirilməsi istiqamətində keçirilən təlimlərin bilavasitə Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən, Gömrük Akademiyası ilə rəhbərlik etdiyi təhsil müəssisəsi arasındakı uzunmüddətli səmərəli əlaqələrdən danışıb və "İctimai təhlükəsizlik - milli təhlükəsizlik kontekstində" mövzusunda məruzə ilə çıxış edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının kafedra rəisi, polkovnik-leytenant Davud Rüstəmov "Zero-day təhlükələrinin aktuallığı", Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adjunktura və elm şöbəsinin dosenti Vüqar Məmmədzadə "Milli təhlükəsizlik: hibrid təhdidlər və onlara qarşı mübarizə üsulları", Milli Aviasiya Akademiyasının dördüncü kurs tələbəsi İlkin Bayramov "Aviasərnişinlərin uçuş sənədlərinin müdafiə üsulları", Dövlət Gömrük Komitəsinin Akademiyasının Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı "Milli təhlükəsizlik: regional və qlobal baxış", Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə 4-cü kurs tələbəsi Azər Maqsudov "İqtisadi təhlükəsizlik və onun təmin olunmasında gömrük orqanlarının rolu" mövzusunda məruzələrlə çıxış ediblər.

Daha sonra Gömrük Akademiyasının Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov çıxış edərək dəyirmi masanın əhəmiyyətindən danışıb, xüsusi təyinatlı ali təhsil müəssisələri arasında bu platformada əlaqələrin qurulması və davamlılığının təmin edilməsinin vacibliyindən bəhs ediblər.

Sonda iştirakçılar Gömrük Akademiyasında yaradılan infrastruktur, təlim və tədris prosesi ilə yaxından tanış olublar.

Gömrük Akademiyasında “Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
Gömrük Akademiyasında “Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
Gömrük Akademiyasında “Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
Gömrük Akademiyasında “Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
Gömrük Akademiyasında “Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...