Anons

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Haqqımızda Əlaqə

Türkiyə dronları Ermənistanla bəlli sərhəddə müşahidə aparır - GƏLİŞMƏ

Tarix:7-12-2024, 16:16

Türkiyə dronları Ermənistanla bəlli sərhəddə müşahidə aparır - GƏLİŞMƏ

Türkiyə dronları Ermənistanla bəlli sərhəddə müşahidə aparır - GƏLİŞMƏ

Türkiyəyə məxsus dronların Ermənistanla sərhəddə yerləşən Ararat vilayətinin Armaş qəsəbəsində naməlum uçuş həyata keçirdiyi iddia olunur. “Hraparak” nəşri dronların bir neçə ərazidə göründüyünü bildiriblər. Qəzet məsələ ilə bağlı ordudakı mənbələri ilə əlaqə saxlayıb.

Məlumatın doğru olduğu, hər gün bir dəfə dronun sərhədi keçərək Ermənistan ərazisindəki mövqeləri lentə aldığı qeyd edilib. İddiaya görə, sərhədçilər dəfələrlə Müdafiə Nazirliyinə məsələ ilə bağlı məlumat veriblər. Hətta dronu zərərsizləşdirmək üçün müraciət ediblər. Lakin buna icazə verilməyib və ona toxunulmamaq tapşırılıb. Sərhədçilərdən biri yeni dronların əvvəlkilərdən fərqləndiyini deyib: “Əvvəllər də olurdu, amma son zamanlar intensivləşib. Ən gec iki gündə bir mütləq görürük. Bunun həm görünüşü, həm də səsi əvvəlkilərdən fərqlidir. Səsinə, uçuş hündürlüyünə və formasına görə onun hansı dron olduğunu artıq bilirik”. “Hraparak” məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik sərhəddə heç bir qeyri-qanuni uçuşun qeydə alınmadığını bildirib.

Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə dronlarının sərhəd ərazilərdə müşahidə aparması faktı adi rutin haldır. Ekspertin sözlərinə görə, Türkiyənin öz sərhədlərinə nəzarət etməsi üçün dronlardan istifadə etməsi müasir texnologiyaların türk ordusunda geniş tətbiq edildiyini göstərir:

"Dronların Ermənistan sərhədini də nəzarətdə saxlaması xüsusi durumla bağlıdır. Məlum olduğu kimi, Türkiyə NATO ölkəsidir və Ermənistanda Rusiya ordusu mənsubları var. O baxımdan Türkiyənin hərbi birləşmələrə nəzarət etmək istəyi təbiidir. Bura Ermənistana İranla sərhəddən daşınan silahların da nəzarətdə saxlanılmasını əlavə etmək lazımdır. Türkiyə Azərbaycan üçün də məlumat toplamaqla məşğul olur. Ermənistan mediasının guya Türkiyə dronlarının onun sərhədlərini pozması iddiası isə yalandır. Dronlar sərhədləri bəlli trayektoriya üzrə nəzarətdə saxlayır. Türkiyə dronlarının texniki parametrləri elədir ki, sərhədə yaxınlaşmadan nəzarət apara bilirlər".

Analitik vurğulayıb ki, Ermənistan sərhəd pozuntusu halında belə buna cavab vermək gücündən uzaqdır, çünki Türkiyə ilə gərginlik onlara lazım deyil: "Ermənistan əraziləri Avropanın, İranın, ABŞ-nin müşahidəçiləri ilə dolub-daşdığı bir mühitdə Türkiyə ordusunun buna nəzarət etmək məsələsi həm təbiidir, həm də Ermənistan üçün heç nəyi dəyişmir. Ermənistan hakimiyyətinin ictimaiyyətdən bu faktları gizlətməsi ermənilərdə türklərə qarşı əlavə qıcıq yaratmamaq məqsədi daşıyır. Eyni zamanda da öz zəifliklərini gizlətmək üçündür".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...