Anons

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Haqqımızda Əlaqə

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Tarix:23-04-2024, 09:22

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT "2014-cü il noyabrın 27-də Bakı şəhərinin mərkəzində Gömrük ərazisinə aid olmayan məkanda Bakı şəhər Gömrük İdarəsinin əməkdaşları tərəfindən qandallanaraq idarə rəisi Vüsal Novruzovun xidməti otağına aparılmışam. Bundan sonra Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin qərarına əsasən şərlənərək haqqımda həbs qəti-imkan tədbiri seçilib". Bu fikirlər Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırova ünvanladığı məktubda qeyd olunur.

Belə ki, F.Nəcəfov baş gömrükçüyə ünvanladığı məktubda qeyd edir ki 2016-cı ilin iyun ayının 1-də Bakı Ağır Cənayətlər Məhkəməsinin hökmü ilə aparılan məhkəmə istintaqının nəticəsinə əsasən, cinayət işi ləğv olunub və məhkənə onun haqqında bəraət qərarı çıxarıb: "Qanunsuz olaraq təcridxanada saxlandığım 2 ilə yaxın müddətdə mənim ailə üzvlərimlə telefon danışıqlarıma və görüşlərimə məhdidiyyət tətbiq olunub.

Hələ Müvəqqəti İstintaq Təcridxanasında saxlandığım zaman mənəvi iztirablar keçirmiş, tanıdığım adamlar və iş ortaqlarım arasında etibarımı itib, hörmətdən düşmüşəm. Buna görə də, sizin rəhbərlik etdiyiniz DGK mənə 1.500.000 (bir milyon beş yüz min) manat təzminat ödəməlidir.

Hazırda şərlənməyim ilə əlaqədar apardığım şəxsi araşdırma və məlumatlarım Ali Məhkəmənin Plenimuna və Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə baş İdarəsinə təqdim olunma mərhələsindədir" deyə, F.Nəcədov məktubda yazıb.

O, Komitə sədri Şahin Bağırova müraciətinin səbəblərini də açıqlayıb: "Siz Komitəyə sədr təyin edildikdən sonra, qurumda yaratdığınız ab-hava, son günlərdə Komitənin Hüquq Təminat İdarəsidə ədalətli "inverntarlaşma" aparmağınızla əlaqədar sizə qarşı məndə bir inam hissi yaranıb. Buna görə, sizə müraciət etmək qırarına gəldim. Bildirim ki, ölkə başçısı ilə həmyaşıdam, maliyyə və vergi orqanlarında çalışan dövlət məmuru kimi 25 illik iş təcrübəm var.

İnanıram ki, bu məktub tərəfinizdən araşdırılacaq və lazımı tədbir görüləcək, başıma gətirilən haqsızlıqlarla bağlı məsələnin ətraflı şəkildə içtimailəşdirilməsinə lüzum qalmayacaq.

Məktubda əsas diqqətçəkən məqam Fərhad Nəcəfov ona qarşı edilənlərin hələlik qapalı saxlaması və təzminatın fantastik olmasıdır.

Bizimxeber.az fantastik təzminat tələbi ilə bağlı F.Nəcəfovun fikirlərini öyrənib: "Bu məbləğ 2014-cü ildə məndən Heydər Əliyev Fonduna ödəyəcəklər adı aıltında istənilən rüşvətin 10 qatıdır".

"Təfərrüatlar barədə bir az ətraflı məlumat verərdiz" sualının cavabında isə F.Nəcəfov deyib ki, bu problemi hüquqi çərçivədə həll etməyə çalışır: "Mən ilk gündən bu şərlənmənin hüquqi çərçivədə həll olunmasının tərəfdarı olmuşam. Biz qanuni ölkədə yaşayırıq. Bakı Ağır Cənayətlər Məhkəməsi mənə bəraət verdi, günahsız olduğumu təsdiqlədi. Növbəti mərhələ isə təzminat hüququmun bərpasıdır. Amma iki ilə yaxındır təzminatla bağlı qanuni iddia arizələrim təmin erdilmir. Vəziyyət belə davam edərsə, müraciətlərim təmin olunmazsa içtimaiyyətə baş verəınlərlə bağlı daha ətraflı məlumat verəcəm. Ümid edirəm ki, yaxın günlərdə bu məsələ öz həllini tapacaq və Dövlət Gömrük Komitəsinə ünvanlanan məktubuma müsbət cavab veriləcək" deyə, Fərhad Nəcəfov bildirib.

Qarşı tərəflərin mövqeylərini işıqlandırmağa hazırıq.

Bizimxeber.az
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...