Anons

Bu gün, 18:49- Əliyevin bu çıxışı siyasi böyüklüyünü göstərir - Karakılıç

Bu gün, 18:17- Netanyahunun Ofisi Azərbaycan Prezidentinə - təşəkkür etdi

Bu gün, 18:00- Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb

Bu gün, 16:43- Təhsil məsələləri üzrə ekspert vətəndaşı aldadıb?- 50 min manat aldığı iddia olunur

Bu gün, 15:28- “Melissa Group”un həbsdəki şefindən İSMARIC VAR... - İLGİNC İDDİALAR

Bu gün, 15:14- “Bizim heç kimin bilmədiyi silahlarımız var”

Bu gün, 14:47- Azərbaycanın məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var (SİYAHI)

Bu gün, 14:18- Prezident və xanımı Türkiyədədir

Bu gün, 13:29- Yardımlıda ŞOK OLAY: Başçının müavini bu işin harasındadır? - İTTİHAM VAR...

Bu gün, 12:54- Vəkilin qanunsuz tələb etdiyi iddia edilən 800 AZN: Ailə Vəkillər Kollegiyasının qərarından narazıdır- FOTOLAR

Bu gün, 11:35- Sertifikat köhnə, mebellər zay - Deputatın adına olan şirkət haqda ŞOK FAKTLAR

Bu gün, 10:56- Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video

Bu gün, 10:28- “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -

Bu gün, 09:25- Mövqelərimiz yenə atəşə tutuldu

Dünən, 18:49- AQTA sədrinə məxsus olduğu deyilən şirkət 2 ildə 3 milyonluq tender qazanıb

Dünən, 18:12- "Hüquq360" mobil tətbiqi istifadəçılərə təqdim olunub

Dünən, 17:54- Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO

Dünən, 17:09- NƏ BAŞ VERİR: Nazir Məcnun Məmmədov sürətlə `əriyir` - FOTOFAKT

Dünən, 15:58-  “RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... – AXI NİYƏ?

Dünən, 15:29- Mirzoyan Türkiyəyə səfər edəcək

Haqqımızda Əlaqə

Psixoloq Könül Əli Əkbər sosial-emosional inkişafın əhəmiyyətindən danışdı

Tarix:15-11-2024, 15:07

Psixoloq Könül Əli Əkbər sosial-emosional inkişafın əhəmiyyətindən danışdı Mən, Könül Əli Əkbər 20.06.1991-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006-2010-cu illərdə Bakı Sənayə Pedaqoji Kolleci İngilis-dili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. 9 illik iş təcrübəsindən sonra 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil almışam. "İmtahan SON deyil!" layihəsinin və bir tezis müəllifiyəm. Türkiyə və Azərbaycanlı mütəxəssislərdən aldığım Art terapiya, Oyun terapiya, CBT, Nağıl terapiya, rəsm analizi, qrup terapiyalar ilə DƏHP, davranış pozuntuları, imtahan həyəcanı, aqressiya, qorxu və fobiyalar, ümumi inkişaf ləngiməsi, təşviş pozuntusu, yeniyetmələrlə psixoloji iş və s. problemlərin həlli ilə məşğulam.
Hal-hazırda Dahilər Tədris Mərkəzində uşaq və yeniyetmə psixoloqu kimi fəaliyyət göstərirəm. Dahilər Tədris Mərkəzi 28.05.2023 il tarixindən fəaliyyət göstərir. Kursda 2 yaşdan başlayaraq bütün yaş qrupları üçün təlim tədris həyata keçirilir. Erkən inkişaf qrupları daxil olmaqla ibtidai siniflər üçün hazırlıq, təkmilləşdirmə qrupları, Azərbaycan və Rus bölmələri üçün abituriyent hazırlıqları tədris olunur.  Bundan əlavə xarici dillər üzrə dərslər keçirilir. Mütəmadi olaraq hər ay kursumuzda həm öz şagirdlərimiz, həm də bizdə təhsil almayan şagirdlər üçün sınaq imtahanları baş tutur.
Bunlarla yanaşı loqoped, psixoloq, dayə xidmətimiz, rəsm və şahmat dərslərimiz var.  Müxtəlif masterklasslar, şənliklər, bayramlar, bir sözlə, uşaqların sosial emosional inkişafı üçün də tədbirlər təşkil edirik.
Könül xanım, uşaqların sosial emosional inkişafı ilə bağlı fikirlərinizi almaq istərdik.
Biz sosial emosional inkişaf dedikdə, uşaqda özünü, ətrafını əhatə edən digər insanlara emosional müsbət münasibətin şüurlu şəkildə inkişaf etdirilməsini nəzərdə tuturuq. Sosial-emosional inkişaf və tərbiyənin məqsədi uşağın şəxsiyyətinin hərtərəfli inkişafını təmin edən rahat şəraitin yaradılmasıdır. Uşağın insanlara, ətraf mühitə qarşı müsbət münasibətini inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Bunlara misal olaraq, birgə nəticə əldə etməyə istiqamətlənmiş kollektiv işləri qeyd etmək olar. Məsələn, çiçək əkmək, hədiyyələr hazırlamaq və s. Bu və bunun kimi digər fəaliyyətlər uşaqda əlaqələr qurmaq, əməkdaşlıq etmək, duyğularını bölüşmək kimi bacarıqların inkişafına kömək edir.
Sosial emosional inkişafda geri qalmalar müşahidə edilən uşaqlarda asosiallıq, laqeydlik, özünəinamsızlıq kimi psixoloji narahatlıqlar ola bilər. Valideyn bu mövzuda diqqətli olmalı, lazım gələrsə, bağçadakı müəllimindən və ya məktəbdəki müəllimindən dəstək almalıdır. Əgər müşahidə edilən narahatlıqlar aradan qalxmazsa, mütəxəssis psixoloqa müraciət etmək məqsədəuyğundur.

Əlaqə nömrəsi: (055) 991 28 81
Psixoloq Könül Əli Əkbər sosial-emosional inkişafın əhəmiyyətindən danışdı
Psixoloq Könül Əli Əkbər sosial-emosional inkişafın əhəmiyyətindən danışdı
Psixoloq Könül Əli Əkbər sosial-emosional inkişafın əhəmiyyətindən danışdı
Psixoloq Könül Əli Əkbər sosial-emosional inkişafın əhəmiyyətindən danışdıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...