Anons

Dünən, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

Dünən, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Dünən, 19:30- Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə

Dünən, 17:56- Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN

Dünən, 17:25- Oğuzda 10, Sabirabadda 50 hektar meşə fond torpaqlarını şumlatdıran Rauf Məmmədovun arxasında kimlər durur - İLGİNC FAKTLAR

Dünən, 14:23- Seçiciləri Nigar Arpadaraini tapa bilmir - DEPUTAT NİYƏ İNSANLARDAN GEN GƏZİR?

Dünən, 13:36- Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

Dünən, 12:52- " “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

Dünən, 10:40- Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

Dünən, 09:55- ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...

5-05-2024, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Haqqımızda Əlaqə

Həkim-kosmetoloq Lamiyə Azadova: "Xanımları gözəlləşdirməkdən zövq alıram"

Tarix:13-09-2022, 13:19

Həkim-kosmetoloq Lamiyə Azadova: "Xanımları gözəlləşdirməkdən zövq alıram"
- Lamiyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Özümü dərk edəndən həkim olmaq istəmişəm. Uşaqlıqdan mənim düşüncəmə görə həkimlər xeyirsevər, özündən çox ətrafını düşünən, eqoist olmayan, səmimi insanlar olublar . Nə yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 6 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Hal-hazırda "Modern" hospitalda çalışıram.

- İş prinsipləriniz nədən ibarətdir?

- İlk olaraq, maddi mənfəət üçün pasiyentlərə heç bir halda yalan söyləməmək, təəssüf ki günümüzdə bunu edənlərə tez-tez rast gəlirik, daha sonra pasiyentlərə əsla keyfiyyətinə bələd olmadığım məhsulu istifadə etməmək və pasiyentlər arasında fərq qoymamaq əsas iş prinsiplərimdir.

- Öz sahənizə aid hansı işləri icra edirsiniz?

- 6 il öncə bu sahəyə gələndə biraz çəkindirdim, birdən məndə alınmaz, hansısa pasiyentim narazı qalar əl işimdən. Mən kosmetologiyaya sahəsinə yeni gələndə bir neçə prosedurla başlamışam. Hazırda isə kosmetologiyaya dair, demək olar ki, bütün prosedurları icra edirəm. Estetikanı çox sevirəm. Xanımları gözəlləşdirməkdən və onları komplekslərdən azad etməkdən zövq alıram.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Xanımların müəyyən kompleksləri olur ki, onlardan azad olmaq istəyirlər. Bu, gənc yaşda da ola bilər. Biz də yüngül toxunuşlarla onları bu komplekslərdən bacardığımız qədər azad etməyə çalışırıq. Sözsüz ki, xanımların öz istəklərini nəzərə alaraq onlara öz məsləhətlərimizi də veririk.

- Son zamanlarda xanımlar görkəmcə bir-birinə oxşamağa başlayıblar. Bunun səbəbi nədir?

- Doğrudur. Bəzən simasında heç bir dəyişikliyə ehtiyacı olmayan xanımlar da müraciət edirlər. Düşünürəm ki, bu hal psixoloji bir haldır. Xarici aktrisalara, müğənnilərə və s. baxaraq məhz onlara oxşamaq istəyirlər. Həmçinin bir-birində nəyisə görüb eynisini istəyirlər. Əslində bunu düzgün hesab etmirəm. Çünki hər insanın yaradılışı ayrı cürdür, elə gözəllik də bundadır. Amma yox əgər pasiyent israr edərsə, onun üzünə uyğun olabiləcək ən idial formanı təklif edirik. İstənilən halda, biz xanımlara öz məsləhətlərimizi veririk.

- Özünüz-özünüzə hansısa bir prosedur edirsinizmi?

- Bəli, lazım olan prosedurları icra edirəm. Çünki bir kosmetoloqun siması onun işinin "pasport"udur.

- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?

- Bəzi kosmetoloqların maddiyyata görə bəzi lazımsız prosedurları icra etməklərinə və keyfiyyətsiz kosmetoloji məhsulların istifadəsinə qəti surətdə "yox" deyirəm.

- Xarakter olaraq necə birisiniz?

- Kənardan baxanda müaliyim insana oxşayıram, bunu çoxları qeyd edir. Əslində eləyəm, amma yeri gəldikdə, sərtliyimi də ortaya qoymağı bacarıram. Bir də ki, mənim özümə aid qanunlarım var. O qanunlardan kənara çıxmıram.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki sevimli övladım var.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhətim odur ki, xanımlar öz gözəlliklərinin və sağlamlıqlarının qeydinə vaxtında qalsınlar. Çünki zamanında olunan müdaxilə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir. Həmçinin vücudumuz, simamız bizə əmanətdir, bunu qorumaq, qeydinə qalmaq hər birimizin borcudur. Önəmli olan məqam isə ehtiyac duyduğumuzda bu əmanəti kimə etibar etməmizdədir. Həkim seçərkən, kosmetoloq seçərkən mütləq araşdırsınlar, öncədən onların yanında olmuş digər pasiyentlərdən referans alsınlar, yalnız əmin olduqdan sonra müraciət etsinlər.

Əlaqə nömrəsi: (055) 380 33 05

İnstagram: dr.azadova

Tik-tok: dr.azadova

Həkim-kosmetoloq Lamiyə Azadova: "Xanımları gözəlləşdirməkdən zövq alıram"
Həkim-kosmetoloq Lamiyə Azadova: "Xanımları gözəlləşdirməkdən zövq alıram"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...