Anons

Bu gün, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Bu gün, 12:31- "VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Bu gün, 11:38- Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?

Bu gün, 11:11- Bu kəndin nə yolu var, nə də suyu... - Dİ GƏL, YAŞA...

Bu gün, 10:32- "Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

Bu gün, 10:08- 20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür - İLGİNC FAKTLAR

Bu gün, 09:25- ADNA terrorundan 15 il ötür

Bu gün, 09:10- "Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...

Dünən, 19:48- "Bizə İlon Maskdan başqa kimsə kömək edə bilməz" - GİLEY

Dünən, 19:07- Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə

Dünən, 18:30- "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ

Dünən, 17:35- “Bakı Sığorta” vətəndaşları aldadır - FOTOFAKT

Dünən, 16:52- Xırdalanda ağacları gecə ilə kəsib parkinq yeri düzəltdilər – FOTOFAKT

Dünən, 16:24- Sabunçuda KİMİN SÖZÜ ŞAHDIR... - İLGİNC İDDİALAR...

Dünən, 15:08- Qaz İxrac idarəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR...

Dünən, 14:14- "Torpağı alan oğlanlara indi torpağı pulla satırlar..." - XTQ mənsubu olan Qazimiz GİLEY EDİR

Dünən, 12:37- ““Yeni Ailə” MMC kupçamı və 9 aydır ki, kirayə pulumu vermir...” - "Küçələrdə qalmışam..."

Dünən, 11:44- "İki ildir ki, öz torpaq sahəmizə girə bilmirdik" - NARAZILIQ VAR...

Dünən, 10:56- AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... - FAKT BUDUR!

Dünən, 10:24- ETSN-nin həbsdəki vəzifəli şəxsi azadlığın YOLLARINI ARAYIR - İLGİNC İDDİALAR...

Haqqımızda Əlaqə

Həkim-psixoterapevt, klinik (tibbi) psixoloq Xanım Mahmudlu: "Ağlıma gəlməzdi ki, bu sahə ağır, həm də dəyərli sahə olacaq"

Tarix:4-05-2022, 12:13

Həkim-psixoterapevt, klinik (tibbi) psixoloq Xanım Mahmudlu: "Ağlıma gəlməzdi ki, bu sahə ağır, həm də dəyərli sahə olacaq"
- Xanım xanım, necə oldu ki, həkim oldunuz?

- Doğrusu, həkimlik sənətini çox sevsem də, məqsədim, arzum başqa sahə idi. Valideynlərimin arzusu olduğu üçün bu sahəni seçdim.Təbii ki, heç peşiman deyiləm.Allahın izniylə insanlara şəfa vermək mükəmməl duyğudur.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 10 ilə yaxındır ki, bu sahədəyəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Bütün yaş qruplarının terapiyası ilə məşğulam.İşimin əsası insanların mental sağlamlığının qayğısına qalmaq, psixoloji durumlarının və xəstəliklərinin müalicəsiylə məşğul olmaqdır.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Depressiya, nevroz, panik atak, davranış və şəxsiyyət pozuntuları, təşviş, qidalanma pozuntuları, fobiyalar ve s. kimi problem və xəstəliklərin müalicəsiylə məşğulam. Bundan əlavə, sahəmlə əlaqəli təlimlər icra edirəm.

- Pasientlər son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Bir az öncə sadaladığım problemlərlə bağlı müraciətlər olur. Lakin, son zamanlar pandemiyanin ağır nəticəsi ilə əlaqəli daha çox müraciətlər olur. Obsessiyalar, panik atak, təşviş, həyəcan pozuntuları və digərləri.

- Xarakter olaraq necə birisiniz?

- Bunu özümün təsvir etməyim doğru olmaz. Lakin, qısa olaraq obyektiv, empati hissi yüksək, insanları sevən biri olduğumu düşünürəm.

- Ailəlisinizmi?

- Bəli. İki övladım var. Onlar fiziki və zehni yorğunluğumun bərpa ediciləridirlər.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- İnsanların fiziki və psixoloji sağlamlığına zərər vurulmasına "yox" deyirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxucularımıza ruh sağlıqlarını qorumağı tövsiyyə edirəm. Çünki beyin bizi idarə edir. Beynimiz və psixikamız sağlam olarsa, daha hüzurlu, daha xoşbəxt və özgüvənli, güclü olarıq. Və hər şeydən öncə özlərini sevməyi, özlərinə dəyər verməyi məsləhət görürəm.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, həm bu qədər ağır, amma bir o qədər də dəyərli bir sahə olacaq.

Əlaqə nömrəsi: (099) 333 34 04скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...