Anons

Bu gün, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Bu gün, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Bu gün, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Bu gün, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Bu gün, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Bu gün, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Haqqımızda Əlaqə

Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"

Tarix:12-03-2022, 12:21

Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
- Əsmər xanım, necə oldu ki, həkim oldunuz?

- Mən bu müqəddəs peşəyə ilk növbədə valideylərimin arzusunu gercəkləşdirməklə yiyələnmiş biriyəm. Eyni zamanda düşünürəm ki, insan öz gələcək peşəsi ilə birgə doğulur və bu həm də Allahın təqdiridir.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- 15 ildir ki, həkim olaraq çalışıram.

- İş prinsipiniz nədən ibarətdir?

- Latınca belə bir deyim var: “Primum non nocere”. Mənə elə gəlir ki, hər bir həkimin başlıca iş prinsipi, bu deyimdə olduğu kimi “Öncə zərər vermə!” olmalıdır. İxtisasca dermatoloqam. Biz dermatoloqların işi insan orqanizminin ən böyük orqanı olan dəri ilə bağlıdır. Bu sahəyə dermatoloji xəstəliklər, estetik tibb və kosmetologiya aiddir. Bəlkə də, bu ixtisas insanlara sadə və asan görünür. Lakin xəstəlik əlaməti və ya estetik problemi daha tez nəzərə çarpan və buna görə də psixologiyasına daha çox mənfi təsir edən pasiyentlər ilə çalışdığımız üçün, dermatoloqların işi göründüyü qədər asan deyil.

- Pasientlər sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Ən çox dəri problemləri və kosmetoloji problemlər ilə müraciət edirlər.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Dermatoloji xəstəliklərin ( saç, dırnaq, müxtəlif dəri xəstəlikləri) diaqnostika və müalicəsini, eləcə də qadınlarımızın estetik baxımdan qarşılaşdığı problemlərin həllini həyata keçiririk.

- Bizdə olan məlumata görə, siz həkimliklə yanaşı incəsətlə də məşğul olursunuz. Bu həvəs sizdə haradandır?

- Elə insanlar var ki, incəsənəti hiss edir, elə insanlar var ki onu dərk edir, elə insanlar da var ki, həm hiss edir , həm də dərk edir. Həmin insanların incəsənətə meylliliyi mütləq gendəki nüanslar ilə bağlıdır. Mənə də bu qabiliyyətin onlardan keçdiyini düşünürəm.

- Xarakter olaraq necə birisiniz?

- Qapalı, ciddi, soyuqqanlı görünüşün arxasında kövrək biri…

- Ailəlisinizmi?

- Ailəliyəm. İki oğlan övladım var.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Bir həkim olaraq bu sahədə peşə təcrübəsi olmayanların “doğru” qələmə verilən yalnışları ilə insanları tibbi riskə atmasına "yox" deyirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Mənim pasiyentlərimin böyük qismini qadınlar təşkil etdiyi üçün, istəyərdim tövsiyyələrim məhz qadın oxucular üçün faydalı olsun. Bizim qadınların kifayət qədər müdrik simaları və xoş görüntüləri var. Hazırki dövrdə gözəllik anlayışı biraz dəyişib, hər müraciət edən pasiyentin üz quruluşuna yaraşıb-yaraşmadığından asılı olmayaraq tələb və istəkləri demək olar ki eynidir. Sağlamlıqlarına daha gənc yaşdan fikir verməyi öyrənmələrini məsləhət görürəm. Gözəllik eyniləşmək deyil, gözəllik sağlam və təravətli dərini hər yaşda qoruyub saxlaya bilməkdir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

Təəssüflənərək deyirəm: Mən bu sənəti seçərkən ağlıma gəlməzdi ki, bir gün ölkənin estetik dermatologiyada öz sözünü demiş həkimlərinin adları tibb təhsili olmayan, müəyyən qısa zaman çərçivəsində kurs keçmiş orta təhsilli insanlarla birgə çəkiləcək. Ümid edirəm ki, bu kimi halların qarşısı alınacaq və digər yerlərdə olduğu kimi ölkəmizdə də estetik dermatologiya ilə yalnız həkimlər məşğul olacaq .

Əlaqə nömrəsi:(050) 481 78 50

Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"
Həkim dermatoloq Əsmər Rəhimqızı: "Dermatoloqların işi göründüyü qədər asan deyil"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...