Anons

Bu gün, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Bu gün, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Bu gün, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Bu gün, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Bu gün, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Bu gün, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Bu gün, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Bu gün, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Haqqımızda Əlaqə

Lor-cərrah dr. Oksana Məmmədova: "Burun qanaxması olan şəxsi sakitləşdirmək lazımdır"

Tarix:10-03-2022, 16:43

Lor-cərrah dr. Oksana Məmmədova: "Burun qanaxması olan şəxsi sakitləşdirmək lazımdır"
- Oksana xanım, burun qanaxması nədir?

- Burun qanaxması (epistaksis) hər hansı bir səbəbdən burun boşluğundan önə və ya burunudlaga qanın axmasıdır. Burun qanaxmaları istər uşaqda, istər yeniyetmədə olsun, olduqca diqqət edilməli bir vəziyyətdir.

- Burun qanaxmaları daha çox hansı yaş qrupuna aid insanlarda olur?

- Uşaq və yeniyetmələrdə daha  ön burun qanaxmaları, yaşlı insanlarda damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür.
Ön burun qanaxmaları: daha çox uşaq və yeniyetmələrdə müşahidə olunur. Burun qanaxmasının çoxu, burunun orta hissəsində olan kapilyar bir damarın partlamasına görə tək tərəfli olur. Bu bölgədəki damarlar olduqca incə və səthdə olduqlarından burun təmizlənməsi zamanı, uşaqlarda burun ilə oynama zamanı nasal travma və hətta kiçik toxunma ilə belə qanaya bilər.

Arxa burun qanaxmaları: tez-tez orta və çox yaşlarda və xüsusən hipertoniya xəstəliyi olanlarda rast gəlinir. Burnumuzun içində arxa üst bölgələrdən qanaxma olur və şiddəti burunun ön qanaxmalarına görə çoxdur və tez-tez gəniz və burundan eyni anda qan gəlir.

- Qanaxmanı necə ayırd etmək olar?

- Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbi ilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur. Bunun qarşısını almaq üçün az miqdarda yumşaldıcı bir krem və ya damlalar burun içərisi üçün istifadə edilə bilər. Adətən burunun ön hissəsində tətbiq olunan barmaq təzyiqi ilə dayandırıla bilir.

Qanaxmanın arxadan olub olmadığı əhəmiyyətlidir. Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz travmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu səbəblə, mütləq həkimə müraciət edilməlidir.

- Burun qanaxmasının əsas səbəbləri hansılardır?

Qanaxmanın səbəbləri müxtəlifdir:

1) Qaşıntıya yol verən allergiya, infeksiya və ya quruluq vəziyyətlərində burun təmizlənməsi.
2)Sərt fıxırmaq yaşlı və ya gənc xəstələrdə burun damarlarının partlamasına yol aça bilər.
3) Qanaxma laxtalanma pozğunluğu olan insanlar və ya Aspirin ve antikoaqulyant istifadəsi.
4) Qaraciyər xəstəlikləri, yüksək təzyiq
5) Burun çəpərinin əyriliyi
6) Burun travması
7) Şişlər (olduqca nadir)

- Burun qanaxmasını dayandırmaq üçün nə edilməlidir?

- Burun qanaxması olan şəxsi sakitləşdirmək lazımdır. Həyəcanlı və panika halında olanların təzyiqi yüksəlir və qanın şiddəti arta bilir. Baş yüngülcə önə doğru əyilməlidir ki, qanın udularaq mədəyə getməsinin qarşısı alınsın. Qanaxma miqdarı bilinmədiyinə görə, mədə bulanması və qusmağa da yol aça bilər.
Burunun yumşaq olan hissəsini tamamilə əhatə edəcək şəkildə baş barmaq və işarə barmaqlarla 5 dəqiqə qədər sıxılmalıdır.
Qanayan burun boşluğuna 3% perekis məhlulu ilə islanmış pambıq tamponu qoyulmalıdır və sıxılmalıdır. Burunun üstünə buz qoyulmalıdır. Ağır fəaliyyətlərdən uzaq durulmalıdır və ağırlıq qaldırılmamalıdır. Olduğunuz yerin havası nəmləndirilməlidir.

Əlaqə nömrəsi: (055) 408 04 98

Lor-cərrah dr. Oksana Məmmədova: "Burun qanaxması olan şəxsi sakitləşdirmək lazımdır"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...