Anons

Bu gün, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Bu gün, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Bu gün, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Bu gün, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Bu gün, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Bu gün, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Bu gün, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Bu gün, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Bu gün, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Haqqımızda Əlaqə

Uzman klinik psixoloq Gülər Zaman: "Bu sahəyə çox böyük həvəs və maraqla gəlmişəm"

Tarix:4-03-2022, 14:44

Uzman klinik psixoloq Gülər Zaman: "Bu sahəyə çox böyük həvəs və maraqla gəlmişəm"
-  Gülər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Uşaqlığımdan etibarən, hətta məktəb illərində insanların baş verən hadisələrə yanaşma tərzi, nəyə necə reaksiya vermələri, hətta xarakterlərinə uyğun olaraq necə davranmaqları həmişə mənim maraq dairəmdə idi. İnsanları kənardan müşahidə etməyi, onlar arasındakı fərqli xüsusiyyətləri ayırd etməyi çox sevirdim. Məktəbdə oxuduğum illərdə adətən uşaqlar problemləri olduğu zaman mənimlə bölüşər və çox yaxşı dinləyici olduğumu düşünərdülər. Artıq ixtisas seçimi zamanı psixologiya sahəsi diqqətimi çəkdi və araşdırdığım zaman mənim düşüncə tərzimə, xarakterimə, insanlara yanaşma tərzimə uyğun olduğunu gördüm və qərara aldım ki, seçimimi məhz bu istiqamətdə etməliyəm. Psixoterapiya vasitəsilə də insanların psixoloji narahatlıqlarını aradan qaldırmaq, onlara alternativ yollar göstərmək,görə bilmədikləri tərəflərini üzə çıxarmaq, insanlarda istər xarakterləri ilə bağlı, istərsə də içərisində olduğu durumla bağlı fərqindəlik yaratmaq da mənim üçün hər zaman prioritet məqamlardan olmuşdur.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 8 ildir ki,bu sahədə fəaliyyət göstərirəm.

-  İş prinsipiniz nədən ibarətdir?

- Psixoterapevt olaraq əsas iş prinsipim Amerika Psixoloqları Assosasiyası tərəfindən qeyd olunan psixologiyanın etik kodeksinə uyğun olaraq, hər kəsə hörmətlə və empatiya ilə yanaşmaqdır. Digər tərəfdən isə insanlara situasiyalara fərqli yanaşmağı öyrətmək,onların özləri ilə bağlı görmədikləri tərəfləri göstərmək, onları başa düşmək, lazım olduğu anda dinləmək və doğru empatiya qurmaqdan ibarətdir.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Son dönəm bütün dünyada yayılmış olan pandemiya insanların psixoloji durumuna da öz neqativ təsirini göstərmişdir. Bununla bağlı olaraq insanlarda təşviş,panik atak, müxtəlif növ obsessiyalar, depressiya,eyni zamanda da postmüharibə dövründən sonra bir çox insanlarda müşahidə olunan post travmatik stress pozuntusu artdığı üçün bu problemlərlə mraciət edən pasiyentlərin sayı artmışdır.

-  Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq anlayışlı, empatiya qurmağı bacaran, mehriban, qayğıkeş, mərhəmətli, yeniliklərə açıq biriyəm.

-  Həkim olaraq nəyə “yox” deyirsiniz?

- İlk olaraq işinə qeyri-peşəkar yanaşan psixoloqlara, erkən nigahlara, uşaqların təhsildən uzaqlaşdırılmasına, insanların bir-birilərinə qeyri-etik formada yanaşma tərzinə, istər fiziki, istərsə də psixoloji şiddətə "yox" deyirəm.

-  Oxuculara nə məsləhət görürüsünüz?

- Psixoloqa müraciət etdiyiniz zaman mütləq onun aldığı təhsil, ixtisaslaşma sahəsi, təcrübə dairəsi eyni zamanda hansı psixoterapiyadan istifadə etməsi haqqında ayrı-ayrı araşdırılmalıdır. Çünki bunlar pasiyentdə güvənin formalaşmasında, terapevtik münasibəti daha doğru istiqamətləndirməkdə kömək edən addımlardan biridir. Eyni zamanda qeyri-peşəkar psixoloji yanaşmanın da qarşısını alan əsas amillərdən biridir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu sahəyə çox böyük həvəs və maraqla gəlmişəm. Məhz buna görə də daim öz üzərimdə işləməyə, yeni nəaliyyətlər qazanmağa davam edirəm.Bu işi seçərkənsə, ağlıma gəlməzdi ki, işimdən bu qədər zövq alaraq çalışaram.Çünki insanların ağır problemlərlə hətta ümidsiz formada müraciəti, terapiya sonunda isə yaxşı nəticə alaraq ayrılması, müxtəlif həyat hekayələri ilə tanış olmaq, bu həyat hekayələrində müəyən bir rola sahib olmaq, bir çox hallarda bu hekayənin dəyişməsinə kömək olmaq, kimisinin sevincini paylaşmaq, kimisinin kədərinə ortaq olmaq, insanların ən məhrəm düşüncə və yaşantılarını mənimlə bölüşməsi, bir mütəxəssis olaraq mənim üçün günümün bu qədər dolu-dolu keçməsi, yeri gələndə öyrədici, yeri gələndə isə öyrəndiyim məqamların olması, qısacası psixologiya sahəsinin bu qədər rəngarəng,hərəkətli olması heç ağlıma da gəlməzdi.

Əlaqə nömrəsi: (051) 500 18 28

Uzman klinik psixoloq Gülər Zaman: "Bu sahəyə çox böyük həvəs və maraqla gəlmişəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...