Anons

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Lor cərrah, Otonevrologiya üzrə mütəxəssis: Nigar Muradova: "Mübarizə aparmağı xoşlayıram"

Tarix:1-03-2022, 10:44

Lor cərrah, Otonevrologiya üzrə mütəxəssis: Nigar Muradova: "Mübarizə aparmağı xoşlayıram"
- Nigar xanım, necə oldu ki, həkim oldunuz?

- Həkim olmaq ailəmdən qaynaqlanır. Ailə dostlarımız, ətrafımızdakı insanların əksəriyyəti həkim olduğuna görə məndə bu sahəyə uşaqlıqdan xüsusi bir istək, maraq yaranmışdı. Bu səbəblə hansı sahə üzrə təhsil alacağımı düşünməyə başlayanda şübhəsiz seçim Tibb Universitetindən yana oldu.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 10 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- İxtisasıma aid müayinə, müalicə və cərrahi əməliyyatları icra edirəm. Bundan başqa, mən Azərbaycanda qulaq mənşəli başgicəllənmənin (vertigo) diaqnostika və müalicəsi ilə məşğul olan və bunun elmi araşdırmasını aparan yeganə həkiməm.

- Hansı üsullarla çalışırsınız? Öz çalışma üslubunuz varmı?

- Biz əsasən müayinəni ən son texnoloji cihazlarla aparır, müalicəni isə protokollara uyğun tərtib etməyə çalışırıq. Bütün yaş qrupları ilə çalışsam da düşünürəm ki, uşaqlarla işləməkdə mənim özümə məxsus yanaşmam var. Uşaqlarla iş çox çətin olduğu kimi bir o qədər də əyləncəlidir. Biz sadəcə onlara səmimi yanaşıb, sevgimizi göstəririk və qarşılığını da yetərincə alırıq. Müayinələrimiz əyləncəli və qarşılıqlı güvən içərisində keçdiyi üçün hətta əməliyyata gedərkən belə onlar bunu oyunun bir hissəsi zənn edib həyəcanlanmır, ağlamır, valideyinlərini və bizləri incitmirlər. Çünki bizə güvənirlər.

- Xarakter olaraq necə birisiniz?

- Düşünürəm ki, sərt, əziyyətdən qorxmayan biriyəm. Mübarizə aparmağı xoşlayıram. Gündəlik həyatda emosional olsam da, işimdə pasientlərlə çox hövsələli və səbirliyəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Əllərinizlə kifayət qədər insanlara kömək edirsiniz. Hərdən o əllərə baxanda nə düşünürsünüz?

- Düşünürəm ki, yaxşı ki, həkim olmuşam.

- Bu sahəyə gəldikdə nə ağlınıza gəlməzdi ki, başınıza gəldi?

- Mən bu yerə çox əziyyətlə gəlmişəm. Karyerama 3-cü kursda oxuyarkən həkim-koordinator olaraq başlamışam, sonra bir müddət tibb bacısı olaraq çalışmışam. Həkim olduqdan sonra da ciddi maneələrlə qarşılaşmışam. Bu gün bu yerdəyəmsə, şəxsi iradəm, zəhmətim, qarşıma qoyduğum məqsəd və bu məqsədə yol alarkən etdiyim bir çox fədakarlıqlardır.

- Oxuculara nə məsləhət görürsünüz?

- Demək istəyirəm ki, bu həyatda heç nə asan başa gəlmir. İnsanın doğru seçdiyi bir hədəfi olmalıdır və onun üçün hər nə olursa olsun çalışmalıdır. Çalışsa, insanın edə bilməyəcəyi heç nə yoxdur. Bir də ki, insan bir işi sadəcə maddiyatı düşünərək görürsə onun uğurlu olması bilmirəm nə dərəcədə realdır. Maddiyyat, əlbəttə ki, önəmlidir,ancaq əgər gördüyümüz işi sevərək etsək, ona vicdanla yanaşsaq və ona könül versək o zaman uğursuz olma ehtimalımız minimuma düşər.

- Mən həkim andı içərkən inanmazdım ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- İnanmazdım ki, ölkəmizdə bu peşədə çalışmaq bu qədər çətin olar.

Əlaqə nömrəsi: (050) 795 83 87

Lor cərrah, Otonevrologiya üzrə mütəxəssis: Nigar Muradova: "Mübarizə aparmağı xoşlayıram"
Lor cərrah, Otonevrologiya üzrə mütəxəssis: Nigar Muradova: "Mübarizə aparmağı xoşlayıram"
Lor cərrah, Otonevrologiya üzrə mütəxəssis: Nigar Muradova: "Mübarizə aparmağı xoşlayıram"
Lor cərrah, Otonevrologiya üzrə mütəxəssis: Nigar Muradova: "Mübarizə aparmağı xoşlayıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...