Anons

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

24-04-2024, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

24-04-2024, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Haqqımızda Əlaqə

Yaşam koçu (Beynəlxalq təlimçi) Ülviyyə İlqar: "Anı qaçırtmamağa çalışmaq lazımdır"

Tarix:3-12-2021, 14:02

Yaşam koçu (Beynəlxalq təlimçi) Ülviyyə İlqar: "Anı qaçırtmamağa çalışmaq lazımdır"
- Ülviyyə xanım, anı yaşamaq nə deməkdir?

- Carpe Diem fəlsəfəsi ilə həyatın dadını çıxarmaq deməkdir.
"Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir.
Dövrümüzdə bu gerçək mənasından uzaqlaşaraq düşünmədən,istədiyi kimi yaşamaq,həzzə yönəlmiş yaşam tərzi olaraq anlaşılır. Anı yaşamaq bu günü itirmədən,sabaha çox güvənmədən bu günün dəyərini bilməkdir. Bu, sabahı unut,planlı və ya hədəflərini unutmuş ol demək deyil. Biz daim hərəkətdəyik. Tələsirik,qaçırıq. Bu hal bizi özümüzdən uzaqlaşdırır. Özümüzdən qaçırıq. Bu anı yaşamırıq. Ya gələcəyin narahatlıqları ya da keçmişin yükləri ilə yaşayırıq. Bu günümüzü itirib sabahın dalınca düşmüşük. Bəs sabah olmasa? Gələcəyi düşünərək anı da yaşamağı bacarmalıyıq. Gündəlik işlərimizdən zövq almaq anı yaşamaqdır. Gün içində özümüzlə qalacağımız zaman olmalıdır. Anda olmaq fərqində olmaqdır. Bizə anda olmaq öyrədilmədiyi üçün bunu yalnış anlamağımız normaldır. Ya keçmişdə qalmağı ya da gələcək qayğısı ilə yaşamağı öyrəndik. Bəs an nədir? An zamanın özündən daha kiçik bir hissəsidir. Zaman deyəndə saniyə, dəqiqə, saat, gün, ay, il ağıla gəlir. Saniyədən daha kiçik zaman vahidi salisədir. Hansımız bu kiçik vahidə önəm vermişik? Eşitmisiz kimsə desin “ bir salisə gözlə gəlirəm”. Əlbəttə xeyr. Çünki, çox kiçik vahiddir. Amma önəmlidir. An dediyimiz bu vahiddir – salisə.

- Bu hansı hallarda baş verir?

- Adətən insanlarda anı yaşamaq deyəndə, belə bir sual yaranır ki,bəs hədəflər üçün heç bir addım atmayaq? Anı yaşamaqla anlıq yaşamaq arasında böyük fərq var. Birini eşitməklə dinləmək arasında olan fərq necədirsə buda eynilə elədir. Burada fərqindəlik ortaya çıxır. Şüuraltı fərqindəlik = mindfulness. Mindfulness-də ağlınıza gələn düşüncələri neqativ və ya pozitiv olaraq sərhədləməmək önəmlidir. Hardvard Universitetində Psixoloq Matthew tərəfindən aparılan araşdırmaya görə belə ifadə işlətmişdi: “ A wandering mind is an unhappy mind” – “ Uçuşan beyin bədbəxt beyindir”. Əgər indiki anda hər şey xoşumuza gəlsəydi biz xoşbəxt olardıq. Ancaq bilirik ki,həyatımızın hər anında hər şey xoşumuza gəlməyə bilər. Bəzən insanlar onu incidən anlardan qaçır. Kədəri özünə yaşamağa icazə verməyən insanlar var. Halbuki, o da anın bir parçasıdır. Anı yaşamaq halı, tək xoş anlar deyil,hər andır. Bu həyatımızın hər salisəsində baş verən hadisələri qəbul etməkdir. Bir şeyin var olduğunu qəbul etmədən onu nə dəyişə bilmək,nə də irəli getmək mümkün deyil. Var olduğunu qəbul etmədiyin bir şeyin üzərində işləyə bilmərsən.

- Bunun üçün xüsusi bir metod varmı?

- Anı yaşamaq üçün fokuslandığımız bu zaman olmalıdır. Bu an fərqində olmaq stressi azaldır,immun sistemini gücləndirir,eyni zamanda özünü daha güvənli hiss edib özgüvənin artmasına səbəb olur. Yediyin yemək,içdiyin qəhvə,işləmək,idman etmək,alış-veriş etmək və ya bu an etdiyin nədirsə onun dadını çıxarmaq zehində bir çox duyğunu ortaya çıxarır. Və bu müsbət duyğuların daimiliyini saxlamaq lazımdır.

Xüsusi metodlar:
• Gülümsəmək - Aynaya baxıb gülümsəmək,insanlara gülümsəmək.
• Spontan nə isə etmək - Küçə heyvanlarını bəsləmək,ağır torbaları olan birinə yardım etmək,özünə və ya başqasına çiçək almaq. Qarşılığını gözləmədən başqası üçün bir şey etmək.
• Təşəkkür etmək – şükr etmək,minnətdar olmaq. Asan görünən amma unudulanlardan saya bilərik. Dostların səni güldürdükdə onların həyatında olduğu üçün təşəkkür edə bilərsən. özün üçün bir şey etdikdə özünə,enerjinə,Ruhuna,bədəninə təşəkkür edə bilərsən. düşündükdə,hiss etdikdə özünü bloklamadan anın içində olanlara təşəkkür edərək yaşamağı sınaqdan keçir.
• Narahat olma – demək asan görünür,haqlısız. Ancaq bu anki narahatlıqların sabahı müsbətə dəyişməyəcək. Gələcək üçün narahat olacağın hər an,sərf etdiyin efor boşa keçən zamandır. Narahatlıq səni andan uzaqlaşdırır. Bu anın şərtləri çətin və narahatedici ola bilər. problemki həll edəcək yollar araşdıra bilərsən.
An çox sürətli hərəkət edər,anı qaçırmamağa çalışmaqa lazımdır.

- Anı yaşamaq bizə nə verir?

- Anı yaşayan bir zehin fokuslanmağı bacarar və bu gördüyü işlərin keyfiyyətini artırar. Bu keçmişi heç düşünməmək və ya gələcəklə bağlı vecsizləşmək demək deyil. Hər kəsin keçmişindən çıxaracağı bir çox dərs var və gələcəyinə təsir edəcək qərarlar var. Bundan 1 salisə öncəsi artıq keçmişdir. Anı yaşamağın keçmişi və gələcəyi düşünməkdən fərqi – ehtiyaclarımızı müdrikliklə mənimsəməmizə kömək olan daxili tarazlığı saxlayaraq daha sakit zehin yaratmaqdır. Narahat olmayan bir zehin insanı daxili rahatlığına qovuşduracaq ən önəmli cövhərdir.

- Bu mövzu ilə əlaqədar oxuculara nə məsləhət görürsüz?

- Keçmişdə yaşananları dəyişə bilmərik. Ona görə də keçmişdə yaşamaq insanı yoran,anlamsız bir fəaliyyətdir. Ancaq keçmişdə baş verənlərdən dərs çıxarıb eyni səhvləri təkrarlamamağa önəm vermələrini məsləhət görürəm. Gələcək isə bu günki fəaliyyətlərimizin aynalanmasıdır. Bu anı yaxşı yaşamaq üçün keçmişdən dərs çıxarın ki daha uğurlu və xoşbəxt gələcəyiniz olsun. Gülümsəməyi unutmasınlar. Çünki,gülümsədiyimiz zaman beyin serotonin yəni xoşbəxtlik hormonu ifraz edir. Günə gülümsəyərək başlamaq daha çox xoşbəxtliyi və bərabərində daha çox gülümsəməni gətirəcək.

Əlaqə nömrəsi: (051) 431 48 86скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...