Anons

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Haqqımızda Əlaqə

Defektoloq-loqoped Ülvi Həsənli: "Uşaqlar məni öz valideynləri qədər sevirlər"

Tarix:22-09-2021, 16:00

Defektoloq-loqoped Ülvi Həsənli: "Uşaqlar məni öz valideynləri qədər sevirlər"
- Ülvi bəy, zaman sizi hardan götürüb haraya gətirdi?

- Zaman gətirdi deyəndə ki, bu mənim öz istədiyim və cəmiyyətimizə çox lazım olan bir peşədir. Günü-gündən bu cür uşaqların sayı artır deyə savadlı və düzgün şəkildə işləyən mütəxxəssislərə ehtiyac var. Bu uşaqları məktəbə və ya inkluziv məktəbə göndərmək və yaxud da cəmiyyətə adaptasiya etmək bizim başlıca vəzifəmizdir.

- Zəhmət olmasa, sahəniz barədə məlumat verin.

- Sahəm defektoloq loqoped, yəni korreksiyaedici təlimdir. Davraniş problemli, autizmli, ümumi inkişaf ləngiməsi olan (bura psixi və ya nitq inkişafı ləngiməsi daxildir), əqli anomaliyalı uşaqlarla məşğul oluram.

- Neçə ildir bu sahədəsiz?

- Bu sahə ilə 2013 ildən məşğulam, artıq 8 ildir.

- Bu illər ərzində nə müşahidə etmisiz?

- Əvvəla anladım ki, doğru sahəni seçmişəm. Çünki insan ilk növbədə işini sevməlidir, mənimsə öz işimə böyük həvəsim var. Bu elə bir sahədir ki, bir az kreativ olmalısan, yaradıcılıq qabiliyyətin olmasa illər sadəcə olaraq xronoloji gedəcək. Yəni yenilik etmirsənsə 25 il də işləsən elə yerindəcə sayacaqsan. Valideyinlər də artıq fərqlidirlər. əvvəlki illərlə müqayisədə onlar artıq uşaqlarının problemlərini qəbul edirlər. Çünki indi istər sosial şəbəkələrdə, istər televiziyada, istərsə də mediada bunlar daha çox işıqlandırılır. Artıq biz autizm deyəndə valideyin bu barədə məlumatlı olur. Amma keçmişdə belə deyildi. Və yaxud da əvvəllər laqopedə gələn valideyin ancaq istəyirdi ki, uşağın səsi gəlsin, kor-koranə, anlaşılmaz da olsa təki danışsın. Biz onlara başa salmağa çalışırdıq ki, uşaq məntiqli, düzgün şəkildə danışmalıdır. Amma indi bu cəhətdən işimiz rahatdır, valideyinlər daha anlayışlıdırlar.

- İş prinsipiniz nədən ibarətdir?

- Ən birinci işin düzgün getməsi üçün həm biz, həm də valideyin tərəfdən məsuliyyət olmalıdır. Məsələn, əgər valideyin hərdəfə bir bəhanə ilə uşağı dərsdən saxlayırsa bayaq qeyd etdiyim kimi, o zaman sadəcə keçib gedəcək və heç bir nəticə əldə edə bilməyəcəyik.

- Son zamanlar niyə bir çox uşaqlarda bu problemlər müşahidə olunur?

- Ümumiyyətlə əgər autizmdən danışsaq dünyada bu xəstəliyin çarəsi tapılmayıb, çünki yaranma səbəbi bəlli deyil. Əqli anomaliyaya gəldikdə isə bunun bir neçə səbəb ola bilər. Bura hamiləlik dövründə yaşanan hallar, xəstəliklər, stresslər və yaxud da irsi amillər daxildir. Və yaxud da bizim dövrün ən böyük problemi pedaqoji baxımsızlıqdır. Uşaq doğulandan 1 yaşına qədər nitqin inkişaf mərhələsi gedir. 1 yaşın sonunda uşağın ən azı 10-12 söz ehtiyatı olmalıdır. Ananı, atanı görəndə səlis olmasa da onları adlandırmalıdır. Müasir dövrdə isə bəzən ata da, ana da işə gedir, uşaq baxıcının yanında qalır. Əslində təbii ki, 3 yaşına qədər uşaq valideyinlərin yanında olmalıdır. Bir də indi müasir dövrün ən böyük problemi olan telefonlar var ki, əksər hallarda uşağın sakit qalması üçün əlinə telefon verirlər, telefon isə birtərəfli ünsiyyət vasitəsidir. Bu psixi ləngiməyə gətirib çıxarır.

- Pərdənin görünməyən tərəfindəki Ülvi bəy xarakter olaraq necə biridir?

- Əslində çox ciddi və sərt biriyəm. Bu ciddiyəti işdə də ortaya qoyduğum üçün uşaqlar da məndən çox çəkinirlər. Amma vaxt keçdikcə onlar məni öz valideyinləri qədər sevirlər. Çünki mən özüm də uşaqları çox sevirəm. Gec ünsiyyət quranam, amma mənimlə münasibət qura bilən insan gələcəkdə heç vaxt bundan peşman olmur.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki... bu cümləni tamamlayın.

- Ağlıma gəlməzdi ki, bu qədər düzgün addın atıram.

Əlaqə nömrəsi: (050) 613 11 72

Defektoloq-loqoped Ülvi Həsənli: "Uşaqlar məni öz valideynləri qədər sevirlər"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...