Anons

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Haqqımızda Əlaqə

Beynəlxalq təlimçi Aynurə Hüseynli: "Niyyətlərim məqsədim, məqsədim isə reallığım olub"

Tarix:21-09-2021, 18:11

Beynəlxalq təlimçi Aynurə Hüseynli: "Niyyətlərim məqsədim, məqsədim isə reallığım olub"
- Aynurə xanım, öz sahəniz barədə bir az məlumat verin, zəhmət olmasa.

- Bir çox sahələrdə fəaliyyət göstərsəm də, əsas iş sahəm Yaşam liderliyi və Theta healingdir. Doğrusu, bu sahə üzrə çox maraqlansam da, tam əminliklə, hər şeyi rahat öyrənə biləcəyim, peşəkar birini tapmaq zaman aldı.
Theta beyin dalğalarından biridir. Theta texnikası ilə həyata keçirilən seanslarla, şüuraltını təmizləməyə xidmət edir. Şüuraltımızda bir çox travmalar: şok, itki, ağrı, düzgün olmayan münasibətlər, uğursuzluq, bərəkətsizlik və s. ilə əldə edilə bilər. İnsana emosional olaraq xidmət etməyən bu cür duyğular şüuraltı qeydlərdən çıxarılır və müsbət duyğular, düşüncələrlə əvəzlənir. Sessiya boyu insanın qavrayış və intuitiv düşüncə tərzi, bu travma qeydlərinin təsirləri müsbətə çevrildikcə dəyişir. Yəni, Theta healing vasitəsi ilə, birbaşa dünyaya, olanlara baxış bucağımız dəyişir.

- Niyə məhz bu sahəni seçdiniz?

- "Dünya bizim aynamızdır. Biz dünyaya necə yanaşsaq, dünyada bizə eynisini verəcək".
Hal-hazırda cəmiyyət "sözünü deyə bilməyə, danışmağa" acdır. İnsanların bir-birilərinə, özlərinə, möcüzələrə inancı yox dərəcəsindədir. Bu sahə əslində tamda bunun üçündür. Əslində bu güvənsizliyin, içə atılmış sözlərin və bu kimi problemlərin çox rahatlıqla həll olması üçün.
Bu sahəni seçmə səbəbimdə budur: daha çox insana öz səsini eşitdirə bilmək, insanların dünyaya, digər insanlara baxış bucağını dəyişdirə, gözəlləşdirə bilmək üçün.

- Hansı prinsiplər əsasında çalışırsınız?

- Hər şeydən öncə, öz əməyimə həqiqətən dəyər verirəm və buna görə də, dəqiqliyə önəm verirəm. Zamanımız çox dəyərlidir. işimə lazım olan dəqiqliyi vermək, öz inkişafına, dəyişiminə zaman, əmək verən insanlara məsuliyyətli olmaq ən önəmli prinsiplərimdir.

- Sizə daha çox nə ilə bağlı müraciət olunur?

- Əslində bir çox mövzular üzrə müraciət edilir: sağlamlıq, uğur, bolluq, qorxular, münasibətlər və s. Ən çox müraciət edilən mövzu isə, pul və sevgi ilə bağlı olan mövzulardır. İnsanlar uğurlu olmaqdan, rahat yaşamdan, sevilməkdən qorxan hala gəlib, özlərini buna layiq bilmirlər. Buna görə də, seanslar, marafonlar, təlimlər vasitəsi ilə insanlara bir növ haqqlarını tanıdıram həm də.

- Xarakter olaraq nəcə birisiniz?

- İnadkar, daima ümüd dolu, məqsədləri üçün gərəkli əməyi haqqı ilə verən və məqsədlərindən asılı qalmayan biriyəm.
Doğru və ya səhv... qərarlarım sadecə mənə məxsusdur. Bir şeyləri edərkən, bunu itirmək qorxusu ilə, "olmazlarla" yox, inanaraq, içdənliklə istəyərək edirəm. Çünki cəhd etmək, əslində qalib gəlməyin özüdür. Məqsədim gərçək olsa yeni arzulara zəmin, olmasa daha sağlam gələcəyə təcrübə olacaq deyə düşünürəm. Çox şükür ki, daima niyyətlərim məqsədim, məqsədim isə reallığım olub.

- Sizi öz sahənizdə narahat edən məqamlar hansılardır?

- Narahat edən heç bir şey yoxdur, sadecə bu sahənin ən tez zamanda, bütün insanlara faydalı olmasını istəyirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Öz dəyərinizi bilin. Həyatımızda pis və ya yaxşı hadisələrin olması çox normaldır ancaq bilin ki, əslində pis deyə bir şey yoxdur. Əksinə başımıza gələn hər işdə mütləq ki, bir xeyir var. Bir şeylər olmursa, demək ki, ya olmasına hazır deyilsiz (olsa, daha pis şeylər olar), ya da əsil niyyətiniz gördüyünüz mənzərədə deyil.

Siz dəyişib, həqiqi özünüz olun ki, dünyanızda dəyişsin.

- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bu sahədə olmağım əsla ağlıma gəlməzdi. Çünki bu qədər möhtəşəm yeniliklərdən xəbərsiz idim. Bu peşəni seçəndən, ağlıma gələnlər, onsuz da başıma gəlir, amma istəkli formada.

Əlaqə nömrəsi: (050) 472 39 09

Beynəlxalq təlimçi Aynurə Hüseynli: "Niyyətlərim məqsədim, məqsədim isə reallığım olub"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...