Anons

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

24-04-2024, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

24-04-2024, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

24-04-2024, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

24-04-2024, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

24-04-2024, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

24-04-2024, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Otolarinqoloq Turan Nəbizadə: "Sağlam qərarlar verməyi bacarıram"

Tarix:10-09-2021, 16:30

Otolarinqoloq Turan Nəbizadə: "Sağlam qərarlar verməyi bacarıram"
- Turan xanım, haradan başlayıb haraya gəldiniz?

 - Bu suala əhatəli cavab vermək istəyirəm. Əvvəlcə haradan başladığımdan danışım. Bunun tarixi doğulduğum günə dayanır. Valideynlərim mənə məşhur bir həkimin adını qoydular. Anamın həkim olmağım ilə bağlı arzusu həmin gündən məktəbin son illərinə qədər davam etdi və məni tibb sahəsinə məhz o yönləndirdi. Azərbaycan Dövlət Tibb Universitetinə daxil olduqdan sonra, anamın arzusu, artıq  mənim öz arzu və məqsədimə çevrilmişdi. Bunun üçün də heç bir əziyyətə, çətinliyə baxmadan, irəliləməyi hədəflədim. Həm universitet illərində, həm də bitirdikdən sonra, illər boyu çalışmağa ara vermədim. Daha sonra biliklərimi təkmilləşdirmək üçün Türkiyə Cümhuriyyətinə yollandım. Orada təcrübə və biliklərimi artıraraq vətənimə qayıtdım. Həkimlik fəaliyyətim bu gün də davam edir.

-  Neçə ildir ki, bu sahədəsiniz?   

- Artıq 18 ildir  ki, həkim- otolorinqoloq olaraq çalışıram.

-  Öz sahəniz üzrə fəaliyyətiniz nələrdən ibarətdir?

- Fəaliyyətim, qulaq-burun-boğaz xəstəliklərinin həm müalicəvi, həm də cərrahi yolla müalicəsi ilə əlaqədardır. Daha geniş desək, qulaq-burun-boğaz problemləri, infeksiyalar, daxili və xarici qulaq problemləri, eşitmə, qoxubilmə, dadbilmə zəiflikləri , şişlər, qanaxma, allergiya, yuxarı tənəffüs yolu  xəstəlikləri, qırtlaq quruluşu, səs telləri, nəfəs, udqunma problemləri, üz travmaları və üz quruluşunun deformasiyası, haymorit, faringit, qulaq-burun-boğazın  plastik cərrahiyyəsi və bu orqanlaqla əlaqədar başqa xəstəliklərin də müalicəsini əhatə edir.

-  Bir həkim kimi görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?

 - Bir həkim kimi nəinki mənim sahəmdə,  eləcə də tibbin başqa sahələrində, sadəcə müalicə və cərrahiyyə ilə qənaətlənməyib, elmi-praktiki işlərə də üstünlük verilməsini istərdim.

-  İnsanlar sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

 - Qulaq-burun-boğaz həkimlərin ən sıx qarşılaşdığı bəlli xəstəliklər var. Bunlardan ən çox sinusit, faringit, reflyu, burun allergiyaları, burun ətinin böyüməsi, burun və sinus xəstəliklərinin demək olar ki hamısı, allergik rinit, xoruldama, burun çəpərinin əyriliyi, boğaz xəstəlikləri,tonsilit,  bütün qulaq iltihabları, qulaq cingildəməsi və burun plastik cərrahiyyəsi ilə bağlı müraciət edirlər.

- İş prinsipləriniz nədən ibarətdir?

-  Bir həkim olaraq, iş prinsipim kimliyindən asılı olmayaraq, insan həyatını və sağlamlığını qorumaqdır. Bunu yerinə yetirərkən, pasiente hörmətlə yanaşaraq, panikaya salmadan, yanıltmadan, sirrlərini paylaşmadan, vicdani və məsləki elmi qənaətimə görə hərəkət edirəm.

- Ailəlisinizmi?

-  Bəli, ailəliyəm.

-  Xarakter olaraq necə biridir Turan xanım?

- İnsanlığa çox diqqət göstərən, qarşısındakına önəm verən, ünsiyyətcil  insanam.  Hisslərim və məntiqi analizlərim  sayəsində sağlam qərarlar verməyi bacarıram. Yumor hissim yüksəkdir və pozitiv insanam. Buna görə də yaxşı dost və gözəl anayam .

 - Mən bu peşəni seçərkən, ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

-   Bir epizodu xatırladım. Vaxtilə dalgaların dənizin sahilinə gətirdiyi bir meyit görmüşdüm. O qədər qorxmuşdum ki, bir neçə gün ağlımdan çıxara bilməmişdim. Uşaq ikən ağlıma gəlməzdi ki, bir gün Tibb Universitetində elə meyitlərin özünü öyrənəcəyik. Sonra isə bu peşəni seçərkən, ancaq tibbi biliklərə malik olmaq deyil, eyni zamanda biliklərimdən hikmət çıxaran bir həkim olmaği xəyal edirdim. Ancaq təhsilin ancaq tibb üzrə olduğunu, həkimliyi isə ancaq və ancaq öz səylərim nəticəsində əldə edəcəyim ağlıma gəlməzdi. Və bu motivasiya ilə araşdırmalara başladım və bu gün olduğum nöqtəyə gəldim.

Əlaqə nömrəsi (050) 736 48 47скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...