Anons

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Haqqımızda Əlaqə

Psixoloq Rima Əyyubova: "İrəli getmək üçün lazım olan bütün sınaqlardan çıxdım"

Tarix:20-08-2021, 14:37

Psixoloq Rima Əyyubova: "İrəli getmək üçün lazım olan bütün sınaqlardan çıxdım"
- Rima xanım, haradan başlayıb, haraya gəldiniz?

- Bu sahəyə marağım uşaqlıqdan olub. Öz işini layiqincə yerinə yetirən bir psixoloq olmaq üçün qarşıma ele o vaxtlardan bir məqsəd qoydum. Düşünürəm ki, hazırda bu məqsədimə çata bilmişəm. İşini sevən biri kimi üzərimdə dayanmadan fasiləsiz çalışmışam. Özümü daim inkişaf etdirmişəm və hələ də inkişaf etdirməkdəyəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə fəaliyyətiniz nələrdən ibarətdir?

- Sahəm üzrə həm nəzəri, həm praktiki fəaliyyət göstərirəm. Bir çox yerli və xarici jurnallarda elmi məqalə və tezislərin müəllifiyəm. Bir neçə respublika ve beynəlxalq konfranslarda iştirak etmişəm. Hazırda Psixologiya üzrə fəlsəfə doktoru adına layiq görülmək üçün dissertasiya üzərində çalışıram. Ali təhsil ocaqlarının birində baş müəllim vəzifəsində çalışıram. Bütün bunlarla yanaşı eyni zamanda "Dünyam" psixologiya mərkəzində praktik psixoloq kimi fəaliyyət göstərirəm.

- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?

- Görmək istədiyim məqamlar bütün insanlar həm ruhən, həm fiziki cəhətdən sağlam olması, bir-biriləri ilə səmimi və mehriban olması, bir-birilərini anlaya və dinləyə bilmək bacarığının olması, dünyada heç savaşın olmaması, bütün dünyanı cənginə alan covid-19 virusunun birdəfəlik yox olması.

- İnsanlar son zamanlarda sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Bildiyiniz kimi son zamanlarda yaşadıqlarımız ağır günlər insanların psixoloji durumuna təsir etmədən yan keçməmişdir. Covid problemi, müharibə vəziyyəti insanlara müxtəlif aspektlərdən təsir göstərmişdir. Nəticə olaraq panik atak, depressiya, həyəcan, təşviş pozuntusu ilə bağlı müraciət edənlərin sayı əvvəlki dövrlərə nisbətən artmışdır.

- İş prinsipləriniz nədən ibarətdir?

- İş prinsipim ən birinci vicdanla işləməkdir. Sonra isə hər zaman öz tələblərimə və bu peşəyə sahib olmaq istəyənlərə də tövsiyə etmişəm ki, bir psixoloq öz işini həm nəzəri, həm praktiki cəhətdən gözəl bilməlidir. Əgər bunlardan biri olmazsa o işin nəticəsi də ola bilməz. Ona görə gözəl iş ortaya çıxarmaq üçün mütləq ki, peşəyə hərtərəfli yiyələnib peşəkar olmaq lazımdır. Prinsiplərim ümumi olaraq dünyanı gözəlləşdirmək, insanların həyatını asanlaşdırmaq, sevgi ilə yaşamalarını təmin etməkdir.

- Ailəlisinizmi?

- Bəli. İki övladım var.

- Xarakter olaraq necə biridir Rima xanım?

- Situasiyaya uyğun davranan, məsuliyyətli, tələbkar, pozitiv düşünən, dünyanı müxtəlif rənglərdə görən birisi.

- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bu suala səmimi cavab vermək istəyirəm. Bu peşəni seçərkən ağlıma gəlməzdi ki, gün gələcək psixologiya sahəsinə ölkəmizdə bu qədər geniş tələbat yaranacaq. Hətta bu peşəni seçərkən ailəmdən tərəddüd edənlər də var idi. Özüm isə israrla ancaq bu ixtisası seçdim. Sonra isə zamanla özümü bu sahədə tapdıqca inkişaf etmək, irəli getmək üçün lazım olan bütün sınaqlardan çıxdım. Dünyaya ikinci dəfə gəlsəydim yenə də bu peşəni məmnuniyyətlə seçərdim.

Əlaqə nömrəsi: (055) 606 63 67

Psixoloq Rima Əyyubova: "İrəli getmək üçün lazım olan bütün sınaqlardan çıxdım" скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...