28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR
26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may
26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ
26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb
26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"
26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib
26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam
26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq
26-05-2023, 13:00- Sabah hava necə olacaq?
26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi
26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib
26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir
26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb
26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb
25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub
25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI
25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb
25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq
Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri Salvador Dalinin "Sürrealizm mənəm" adlı möhtəşəm sərgisinin açılışı olub.
Dahi ispan rəssamı, qrafika ustası, heykəltaraşı, rejissoru və yazıçısı, sürrealizmin ən məşhur nümayəndələrindən biri Salvador Dalinin Azərbaycanda ilk dəfə nümayiş olunan sərgisi ictimaiyyətin böyük marağına səbəb olub. Qonaqlar arasında dövlət və ictimai təşkilatların, diplomatik missiyaların nümayəndələri, mədəniyyət və elm xadimləri, yaradıcı intellektuallar və gənclər yer alıb.
Açılış öncəsi foyedə yüksək incəsənətin bayram abu-havası hökm sürüb, klassik musiqi ifa olunub və qonaqlar səbirsizliklə sərgini gözləyiblər.
Salvador Dalinin əsərləri arasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanmış heykəltaraşlıq nümunələri, həmçinin "canlı tablolar"ı xatırladan multimedia yer alıb. Bu əsərlər Salvador Dalinin orijinal işlərindən ibarət olan və Rusiya kolleksiyaçısı Pavel Başmakov tərəfindən təqdim olunan ən böyük kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparır, bu obrazların "canlandığı" multimedia zonası isə Salvador Dali dünyası haqqında daha dərin təsəvvür yaradır.
Azərbaycanın "Synergy Partnership" şirkətinin və Rusiyanın məşhur "PS Gallery" qalereyasının təşəbbüsü ilə təşkil olunan sərginin ən diqqət çəkən xüsusiyyətlərindən biri həmçinin şüşədən hazırlanmış sürrealist obyektlərin və rəssamın orijinal fotoşəkillərinin nümayişi olub. Dalinin ifasında hər bir əsər təkcə qrafik incəsənətin şah əsəri, yenilikçiliyin təzahürü və təkrar olunmaz müəllif yanaşması deyil, həm də bütünlükdə bir tarixdir.
Açılışda "Synergy Partnership"in direktoru Rüfət Abbasov nümayiş olunan sərginin böyük əhəmiyyətini qeyd edərək Heydər Əliyev Mərkəzinə layihənin həyata keçirilməsində göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
"Salvador Dali standartları qıran, gələcək nəsilləri ruhlandıran, sürrealizm vasitəsilə incəsənətə baxışımızı dəyişdirən rəssam olub. Rəssamın dediyi kimi, "Sürrealizm mənəm"! On beş il ərzində "Synergy Partnership" bir çox mühüm layihələr həyata keçirib, lakin bu möhtəşəm sərgi bizim üçün xüsusi qürur mənbəyi oldu", - deyə Rüfət Abbasov bildirib və kolleksiyanın nümayişinə görə Pavel Başmakova minnətdarlığını ifadə edib.
"PS Gallery"nin təsisçisi və rəhbəri, kolleksiyaçı Pavel Başmakov toplanmış publikaya və Heydər Əliyev Mərkəzində öz unikal kolleksiyasının nümayişinə heyranlığını dilə gətirib.
"Burada bu qədər gözəl və aydın simalar gördüyüm üçün çox şadam. Bakı daima əsas mədəniyyət mərkəzlərindən biri olub və belə də qalacaq. Burada mədəniyyəti rəngarəng və möhtəşəm edən, öz şəhərini və ölkəsini şöhrətləndirən bir çox gözəl insan doğulub. Çox şadam ki, İspaniyanın böyük sürrealist rəssamı Salvador Dalinin həyat və yaradıcılığına həsr olunmuş böyük layihəni məhz Bakıda açırıq. Bu dərəcədə əzəmətli hadisənin bütün Qafqazın mədəniyət və memarlıq sahəsində ən gözəl və mühüm əsərlərindən biri olan möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilməsi xüsusən xoşdur. Xüsusilə vurğulamaq istərdim ki, bu il Heydər Əliyevin 100 illiyi qeyd olunacaq. Bu sərginin açılışı həm Azərbaycanda, həm də Rusiyada anılan və dəyər verilən dahi şəxsiyyətin yüzilliyi münasibətilə bizim bütün Azərbaycana töhfəmiz və hədiyyəmizdir", - deyə Pavel Başmakov bildirib və layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Mərkəzinə və "Synergy Partnership"ə minnətdarlığını ifadə edib.
Bakıda "Sürrealizm mənəm" sərgisinin açılışı ilin əlamətdar mədəniyyət hadisəsi olmaqla yüksək incəsənət həvəskarları üçün əsl hədiyyəyə çevrilib. Fəlsəfə və sürrealizm ruhunun, epatajın və yüksək emosinallığın təcəssümü - Salvador Dalinin əsərlərini şərh etmək, bu və ya digər obraza, detallara məntiqi açıqlama vermək, onların mənasını oxumaq çətindir. Bütün bunlar ona görədir ki, onlar vizual mənalardan, obrazlardan, allüziyalardan ibarətdir, süjet oyunları üzərində qurulub. Bu gündən etibarən Heydər Əliyev Mərkəzinin qonaqları yüzə yaxın əsəri görə, sənətşünaslar tərəfindən açılan mənaları özlərində bu sürrealist tabloların doğurduğu təəssüratlar və emosiyalarla müqayisə etməyi sınaya bilərlər.
Sərgi aprelin 27-dən oktyabrın 8-dək açıq olacaq. Biletləri aprelin 27-dən Heydər Əliyev Mərkəzinin kassalarından əldə etmək mümkündür.