Anons

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Dünən, 09:34- "Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" - ETİRAZ VAR...

Dünən, 09:09- Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır - "Ayıb"ımızı sel yuyur, gün qurudur...

Haqqımızda Əlaqə

Moskvada “Azərbaycan xalçaları: Yeni baxış” adlı sərgi açılıb

Tarix:22-02-2022, 15:00

Moskvada “Azərbaycan xalçaları: Yeni baxış” adlı sərgi açılıb
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: Yeni baxış” adlı sərgi açılıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiyada keçirilən “Moskvada Azərbaycan günləri” çərçivəsində təşkil olunmuş sərgidə “Qarabağ” qrupuna aid 14 xalça nümayiş etdirilir.

Onlardan dördü yeni orijinal formatda olan müasir kolleksiyadandır. Sərgilənən eksklüziv xalçalar “Azərxalça”nın yaradıcı kollektivinin Əməkdar rəssam Rəşad Ələkbərovla iş birliyinin məhsuldur.

“Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, sərgilənən xalçaların hamısı Qarabağ qrupuna aid xalçalardır: “Biz ənənəvi klassik Qarabağ xalçalarına artıq yeni baxış nümayiş etdirir, müasir, konseptual, XXI əsrin interyerinə uyğun xalçalar təqdim edirik. Siz burada məhdud 44 sayda buraxılan xalçalarımızın nümunələrini görürsünüz. Bu xalçalar Qarabağ qrupuna aid “Qasımuşağı” xalçalarının əsasında rəssam Rəşad Ələkbərovun dizaynı üzrə hazırlanıb. Kolleksiya rəmzi 44 sayda xalçadan ibarətdir”.

Sədr qeyd edib ki, ekspozisiyada həmçinin “Qarabağ” qrupuna aid məşhur “Əjdahalı” xalçalar da yer alıb: “Burada məşhur “Əjdahalı” xalçalarımız həm klassik, həm də müasir toxunuşda sərgilənir. Bizim əsas məqsədimizdən biri də müasir Azərbaycan xalçalarını da tanıtmaqdır. Azərbaycanda bütün incəsənət növləri inkişaf edir. Niyə xalçamız da inkişaf etməsin? İndi müxtəlif hərraclarda qədim Azərbaycan xalçaları satılır, dünyanın ən tanınmış muzeylərində qədim xalçalarımız nümayiş etdirilir. Biz istərdik ki, 50-100 il sonra həm qədim, həm də indi toxunan xalçalarımız əntiq xalçalar kimi sərgilənsin, hərraclarda satılsın”.

“Azərbaycan” pavilyonun rəhbəri Səadət Qədirova qeyd edib ki, bu gün Moskvada keçirilən “Azərbaycan festivalı” çərçivəsində Moskva sakinləri və Rusiya paytaxtının qonaqlarına “Azərbaycan xalçaları: Yeni baxış” adlı sərgi təqdim olunur.

"Sərgidə Azərbaycan xalçaçılıq ənənələri müasir rakursdan təqdim edilir, həm klassik ifada, həm də müasir dizaynda xalçalar göz oxşayır. Azərbaycan rəhbərliyi xalçaçılıq sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Mənə çox xoşdur ki, bu nəfis xalçalar, incəsənət nümunələri pavilyonumuzda sərgilənir”, - deyə S.Qədirova vurğulayıb.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun daha bir layihəsi- dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən dilə” ədəbiyyat layihəsi təqdim edilib. Layihə çərçivəsində Rusiya və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" əsərindən parçalar səsləndirdikləri videoçarx göstərilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...