Anons

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Sənin “Segah”ını yenə dinləyək, Arif müəllim!..

Tarix:21-02-2022, 19:47

Sənin “Segah”ını yenə dinləyək, Arif müəllim!..
Musiqi xalqın tarixinin cığırdaşıdı – yaradılır, yaşadılır, yaşanır. Qolça qopuzdan üzü bu yana saz havaları ruhumuz tarixin sabahlarına yol alıb. Dünyanı heyrətləndirə-heyrətləndirə məbədə dönüb. Onlarla xarici vətəndaş dilimizi bilməyə-bilməyə musiqimizə vurulub, tarda, kamançada muğamlarımızı, xalq havalarımızı ifa edib. Xalq musiqisi, xalqın musiqisi tarixin müxtəlif mərhələlərində xalqın düşüncə sisteminin ifadəsi olub...
“İstiqlal”, “Şərəf”, “Şöhrət” ordenli xalq artisti professor, ünlü xanəndə Arif Babayevin 84 yaşı tamam oldu. Bu günün yaşlıları da, gəncləri də səsi, avazı tarixdə qalacaq xanandəni həmişə sevə-sevə dinləyiblər. Bu gün neçə-neçə tələbəsi xalq artistidi, əməkdar artistdi. Bu faktı sevdiyimiz xanəndənin özü də qürurla etiraf edir: Tələ¬bə¬lərimin də tələbələri var və buna xanəndə xoşbəxtliyi deyilməlidir.
Arif Babayev nə oxuyubsa, yaddaşlara yazılıb, yaddaşlara yazılanlar tarixə yazılıb. Nə oxuyubsa, hamısı Qarabağ adlı musiqi kəhkəşanının zərrəsini xatırladıb.
Arif Babayev həm də yaradıcı xanəndədir. Xalq artisti Əlibaba Məmmədov kimi, istedadlı muğam və opera ifaçısı Qulu Əsgərov kimi o da neçə-neçə mahnı bəstələyib. Oxunur – sevilir, sevilir – oxunur...
Muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi gənc iştirakçılara dəyərli məslə¬hət¬ləri onların ifaçılığında başlıca dərs (bəlkə də məktəb!) oldu. Həmin gənc xanəndələrdən neçəsi əməkdar artistdir, Opera və balet teatrının solistidir, səhnəmizin Məcnunudur, Leylisidir, Kərəmidir, Əslisidir, Şah İsmaılıdır, Ərəbzəngisidir...
84 yaş həm ağsaqqallıq yaşıdı, həm də aqillik.
Aqillik yaşın mübarək, Arif müəllim! Sənin “Segah”ından kimsə doymayıb. Mən də doymamışam...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...