Anons

Dünən, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

Dünən, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Dünən, 19:30- Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə

Dünən, 17:56- Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN

Dünən, 17:25- Oğuzda 10, Sabirabadda 50 hektar meşə fond torpaqlarını şumlatdıran Rauf Məmmədovun arxasında kimlər durur - İLGİNC FAKTLAR

Dünən, 14:23- Seçiciləri Nigar Arpadaraini tapa bilmir - DEPUTAT NİYƏ İNSANLARDAN GEN GƏZİR?

Dünən, 13:36- Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

Dünən, 12:52- " “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

Dünən, 10:40- Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

Dünən, 09:55- ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...

5-05-2024, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Haqqımızda Əlaqə

Azərbaycan musiqişünaslığında ayrıca Qarayevşünaslıq istiqaməti yaranıb

Tarix:6-02-2020, 12:05

Azərbaycan musiqişünaslığında ayrıca Qarayevşünaslıq istiqaməti yaranıb
Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) fevralın 5-də dahi bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin (1918-1982) anadan olmasının 102-ci ilinə həsr edilən konfrans keçirilib.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək əvvəlcə böyük bəstəkarın doğum gününə həsr olunan tədbirlərin Fəxri xiyabandan başladığını deyib.

O bildirib ki, hər il Qara Qarayevin doğum günü müxtəlif tədbirlərlə qeyd olunur: “Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Lakin bu o demək deyil ki, biz dahi bəstəkarı yalnız fevralın 5-i – anadan olduğu gün və mayın 13-ü – vəfatı günündə yad edirik. O, bizim qəlbimizdə hər zaman yaşayır. Qara Qarayev musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində səsləndirilir.

Sonra Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova "Qara Qarayev haqqında nəşr olunan yeni kitablar" mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan musiqişünasları onun yaradıcılığına hər zaman maraq göstərib, onun zəngin irsi haqqında monoqrafiya və kitablar yazılıb, dissertasiyalar müdafiə edilib. Təsadüfi deyil ki, Azərbaycan musiqişünaslığında ayrıca Qarayevşünaslıq adlı istiqamət yaranıb.

Konfransda daha sonra "Qara Qarayevin estetik baxışları", "Xatirələrlə yaşayan dahi sənətkar", "Qara Qarayevin pedaqoji prinsipləri" mövzularında məruzələr dinlənilib.

Sonda Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın "Gürcüstan təpələrində" və "Mən sizi sevirdim" romansları, piano üçün iki prelüdü, violin və piano üçün sonatası səsləndirilib. İfalar alqışlarla qarşılanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...