Anons

Bu gün, 18:49- Əliyevin bu çıxışı siyasi böyüklüyünü göstərir - Karakılıç

Bu gün, 18:17- Netanyahunun Ofisi Azərbaycan Prezidentinə - təşəkkür etdi

Bu gün, 18:00- Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb

Bu gün, 16:43- Təhsil məsələləri üzrə ekspert vətəndaşı aldadıb?- 50 min manat aldığı iddia olunur

Bu gün, 15:28- “Melissa Group”un həbsdəki şefindən İSMARIC VAR... - İLGİNC İDDİALAR

Bu gün, 15:14- “Bizim heç kimin bilmədiyi silahlarımız var”

Bu gün, 14:47- Azərbaycanın məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var (SİYAHI)

Bu gün, 14:18- Prezident və xanımı Türkiyədədir

Bu gün, 13:29- Yardımlıda ŞOK OLAY: Başçının müavini bu işin harasındadır? - İTTİHAM VAR...

Bu gün, 12:54- Vəkilin qanunsuz tələb etdiyi iddia edilən 800 AZN: Ailə Vəkillər Kollegiyasının qərarından narazıdır- FOTOLAR

Bu gün, 11:35- Sertifikat köhnə, mebellər zay - Deputatın adına olan şirkət haqda ŞOK FAKTLAR

Bu gün, 10:56- Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video

Bu gün, 10:28- “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -

Bu gün, 09:25- Mövqelərimiz yenə atəşə tutuldu

Dünən, 18:49- AQTA sədrinə məxsus olduğu deyilən şirkət 2 ildə 3 milyonluq tender qazanıb

Dünən, 18:12- "Hüquq360" mobil tətbiqi istifadəçılərə təqdim olunub

Dünən, 17:54- Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO

Dünən, 17:09- NƏ BAŞ VERİR: Nazir Məcnun Məmmədov sürətlə `əriyir` - FOTOFAKT

Dünən, 15:58-  “RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... – AXI NİYƏ?

Dünən, 15:29- Mirzoyan Türkiyəyə səfər edəcək

Haqqımızda Əlaqə

Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL

Tarix:22-03-2025, 13:14

Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL Üztanıma kameraları xüsusilə cinayətkarlıqla mübarizədə mühüm rol oynayır. Bu kameralar əsasən parklar, küçələr və insanların sıx olduğu ərazilərdə yerləşdirilir. Üztanıma texnologiyası vasitəsilə həm də piyadaların və sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi təmin oluna bilər.

Bu fikirləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı üztanıma kameraları haqqında danışarkən deyib.

O bildirib ki, üztanıma kameraları vasitəsilə piyadaların qayda pozuntularına görə məsuliyyətə cəlb olunması mümkündür:

“Nəqliyyat vasitələrinin əksəriyyəti kameralar, radarlar və patrul avtomobillərində quraşdırılmış nəzarət sistemləri vasitəsilə izlənilir ki, bu da sürücülərin qaydalara riayət etməsini təmin edir. Piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi isə ciddi problemlər yaradır. Buna görə də parklarda, küçələrdə və digər ictimai yerlərdə bu texnologiyadan nəzarət məqsədilə istifadə oluna bilər.

Məsələn, piyadaların küçəni zibilləməsi və ya digər ictimai qaydaları pozması zamanı üztanıma sistemləri vasitəsilə həmin şəxslərin kimliyi müəyyən edilərək elektron qərarlar tətbiq edilə bilər. İnsanlar küçədə necə davranmalı olduqlarını bilməlidirlər. Bu, ictimai davranış qaydalarının formalaşması baxımından çox vacibdir”.

Elməddin Muradlı hesab edir ki, bunun üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir:

“Qanunda olmayan bir şeyi vətəndaşa qarşı tətbiq etmək mümkün deyil və bu, düzgün də sayılmaz. Ona görə də üztanıma texnologiyalarının tətbiqi ilə bağlı konkret mexanizmlər hazırlanmalıdır”.

Qeyd edək ki, hazırda respublika üzrə 4700, o cümlədən Bakı şəhərində 4200 üztanıma kamerası istifadə olunur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...