Anons

Bu gün, 18:49- Əliyevin bu çıxışı siyasi böyüklüyünü göstərir - Karakılıç

Bu gün, 18:17- Netanyahunun Ofisi Azərbaycan Prezidentinə - təşəkkür etdi

Bu gün, 18:00- Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb

Bu gün, 16:43- Təhsil məsələləri üzrə ekspert vətəndaşı aldadıb?- 50 min manat aldığı iddia olunur

Bu gün, 15:28- “Melissa Group”un həbsdəki şefindən İSMARIC VAR... - İLGİNC İDDİALAR

Bu gün, 15:14- “Bizim heç kimin bilmədiyi silahlarımız var”

Bu gün, 14:47- Azərbaycanın məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var (SİYAHI)

Bu gün, 14:18- Prezident və xanımı Türkiyədədir

Bu gün, 13:29- Yardımlıda ŞOK OLAY: Başçının müavini bu işin harasındadır? - İTTİHAM VAR...

Bu gün, 12:54- Vəkilin qanunsuz tələb etdiyi iddia edilən 800 AZN: Ailə Vəkillər Kollegiyasının qərarından narazıdır- FOTOLAR

Bu gün, 11:35- Sertifikat köhnə, mebellər zay - Deputatın adına olan şirkət haqda ŞOK FAKTLAR

Bu gün, 10:56- Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video

Bu gün, 10:28- “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -

Bu gün, 09:25- Mövqelərimiz yenə atəşə tutuldu

Dünən, 18:49- AQTA sədrinə məxsus olduğu deyilən şirkət 2 ildə 3 milyonluq tender qazanıb

Dünən, 18:12- "Hüquq360" mobil tətbiqi istifadəçılərə təqdim olunub

Dünən, 17:54- Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO

Dünən, 17:09- NƏ BAŞ VERİR: Nazir Məcnun Məmmədov sürətlə `əriyir` - FOTOFAKT

Dünən, 15:58-  “RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... – AXI NİYƏ?

Dünən, 15:29- Mirzoyan Türkiyəyə səfər edəcək

Haqqımızda Əlaqə

Kosmetoloq Elnarə Rzayeva lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir

Tarix:21-03-2025, 18:56

Kosmetoloq Elnarə Rzayeva lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir Bakıda fəaliyyət göəstərən “Dr.Elnara” MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib.
Əldə olunan məlumata görə, Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.
Bu qərardan Elnarə Rzayevanın vəkili Yasamal Rayon Məhkəməsinə şikayət edib. Vəkil Elnarə Rzayevanın 5 min manat miqdarında cərimə olunması barədə qərarın ləğv edilməsini istəyib.
Yasamal Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmayıb.
Bundan sonra vəkil eyni tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, bu şikayət də təmin edilməyib.
Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə “Dr.Elnara” MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibb fəaliyyət (kosmetoloji) göstərdiyi aşkarlanıb.

Kosmetoloq Elnarə Rzayeva lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. MMC barəsində 20.000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.
Lakin bu cərimə cəzası ilə bağlı qərar Nizami Rayon İcra Şöbəsi tərəfindən icra olunmayıb.
Səhiyyə Nazirliyi qərarın icra olunmamasından 2024-cü ilin sonlarında məhkəməyə müraciət edib və MMC-nin barəsində təyin olunmuş cərimənin icrası üçün Nizami Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbulu xahiş edilib.
Şikayət onunla əsaslandırılıb ki, Nizami Rayon Məhkəməsinin 2021 saylı icra sənədinə əsasən borclu “Dr. Elnara” MMC-dən 20000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.
Kosmetoloq Elnarə Rzayeva lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir

İcra məmuru Zaur Həmzəyev ətraflı, tam və obyektiv araşdırma aparmadan, icra işini icra edə bilmədiyi üçün geri qaytarıb. Hüquqi şəxsin direktoru olan Cəmilə adlı xanım barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) bircə dəfə belə tədbir görməyib.
Kosmetoloq Elnarə Rzayeva lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir

Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, hüquqi şəxsin təsisçisi, eyni zamanda direktoru olmuş Rusiya Federasiyasının vətəndaşı Elnarə Rzayeva hazırda da qanunsuz fəaliyyət göstərir. Buna görə Yasamal rayon prokurorluğu araşdırma aparıb və daha sonra Səhiyyə Nazirliyinə məlumat verilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin şikayəti təmin edilib və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün qərar qəbul edilib.
Qeyd edək ki, Elnarə Rzayevanın barəsində Yasamal Rayon Prokurorluğunda da araşdırma aparılıb.
Məyyən edilib ki, Elnarə Rzayevanın əməlində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması üzə çıxıb. Onun barəsində 210.1-ci maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Səhiyyə Nazirliyinə göndərilib.Teleqraf
Kosmetoloq Elnarə Rzayeva lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...