Anons

Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Haqqımızda Əlaqə

İcra başçısı Hacı Qalibin villasını qapısını bağlatdırdı - Bilgəhdə nə baş verir?

Tarix:22-05-2024, 19:18

İcra başçısı Hacı Qalibin villasını qapısını bağlatdırdı - Bilgəhdə nə baş verir? Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb. Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib.

İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə gələrək baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirlib və Hacı Qalib Salahzadənin villasının qapısı hörülüb. Qaynarinfo məlumatı dəqiqləşdirmək, eyni zamanda olayın səbəbini öyrənmək üçün keçmiş deputatla əlaqə saxlayıb. Hacı Qalib Salahzadə isə baş verənlər barədə danışmaq istəmədiyini deyib: "Mən bu barədə heç nə danışmaq istəmirəm".

Hacı Qalibin sadəcə bu barədə danışmaq istəmədiyini söyləməsi, məlumatı təkzib etməməsi həqiqətən belə bir hadisənin baş verdiyini göstərir.

Bu baxımdan, əməkdaşımız olayın səbəblərini araşdırmağa çalışıb. Məlum olub ki, Bilgəh qəsəbəsinin həmin hissəsi bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Layihəyə görə "Amburan" İstirahət Mərkəzinin sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər ərazi bulvar olmalı imiş.

Lakin Hacı Qalib Salahzadə Bilgəh bələdiyyəsinin sədri olarkən ərazi satılıb.

Bildirilir ki, Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları" QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar" şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var. Söhbət bir neçə hektarlıq ərazidən gedir.

Yeri gəlmişkən, həmin əraziyə düşən küçənin Hacı Qalib Salahzadənin atası Aslan Salahzadənin adını daşıdığı bildirilir. Sabunçu Rayon İcra Hakimiyyətinin saytında da küçənin adı "Aslan Salahzadə" olaraq qeyd edilib.

İddialara görə, Bilgəh bulvarı ilə bağlı layihənin icrasına başlanılarkən bu villaların sökülməsi mümkündür.

Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu bələdiyyəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...