Anons

Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Haqqımızda Əlaqə

ÜMİD Bakı Apellyasiya Məhkəməsinədir... - TƏFƏRRÜAT

Tarix:22-05-2024, 08:39

ÜMİD Bakı Apellyasiya Məhkəməsinədir... - TƏFƏRRÜAT

ÜMİD Bakı Apellyasiya Məhkəməsinədir... - TƏFƏRRÜAT

"Tikinti şirkətlərinin çoxmənzilli binaları qanunsuz idarə etməyə davam etməsi haqda dəfələrlə yazmışam. Belə binalardan biri Ə.Hüseynov, 7 ünvanında yerləşir və 500-dən çox mənzili var. Binanı qanunsuz olaraq “MKS-3” MMC və “MKS-4” MMC idarə edir (adları sizi çaşdırmasın, kosmosla heç bir əlaqələri yoxdur). 39 mənzil mülkiyyətçisi (hamısı da qazi zabitlər!) ümumi yığıncağın qərarı olmadan binanı idarə edən bu “kosmonavt”ların oradan çıxarılması barədə iddia qaldırıb. Analoji iddianı mən öz yaşadığım bina üzrə qaldırıb işi udmuşam və işğalçı tikinti şirkətini binamızdan artıq qovmuşuq..." Dia-az.info xəbər verir ki, bunu öz açıq1lamasında tanınmış vəkil Əkrəm Həsənov qeyd edib.
Çox ciddi problemlə bağlı növbəti hüquqi presedent yaratmağa yaxın olan tanınmış hüquqşünas daha sonra əlavə edib: "Lakin bu işdə tikinti şirkətləri məhkəmədə iddia etdilər ki, guya 2023-cü ilin fevral ayında qiyabi səsvermə yolu ilə ümumi yığıncaq keçiriblər və əksəriyyət onları dəstəkləyib: blokların yarısını “MKS-3”, digər yarısını isə “MKS-4” idarə etməlidir. Əslində, təqdim edilən sənədlər Mənzil Məcəlləsinin tələblərinə uyğun deyildi: məsələn, qərarlarda (bülletenlərdə) sahə mülkiyyətçilərinin mənzillərinin rekvizitləri göstərilməyib. Digər tərəfdən, imzaların saxta olması faktları da var. Həmçinin mənzillərdən fərqli tariflərlə xidmət haqqının yığılması qərara alınıb ki, bu da Mənzil Məcəlləsinə ziddir. Digər qüsurlar da var.
Eyni zamanda vəsatət də verdik ki, vergi orqanına sorğu edilərək bu şirkətlərin hesabatları əldə edilsin ki, görək ümumiyyətlə sakinlərdən yığılan vəsaiti necə idarə edirlər. Çünki Məcəlləyə zidd olaraq şirkətlər sakinlərə hesabat da vermirlər. Lakin hakim Ramin Xəlilov vəsatəti təmin etmədi və işin hərtərəfli və tam araşdırılmasına mane oldu. Qətnamənin digər qüsurları da var: hətta nəticə hissəsi belə düzgün tərtib olunmayıb – iddiaçıların tələbi nədənsə “pul tələbi” adlandırılıb və s. Qətnamə qanunla nəzərdə tutulmuş müddətdən sonra təqdim edilib və s. və i.a. Bunlarla bağlı iddiaçılar Məhkəmə-Hüquq Şurasına da müraciət ediblər.
Lakin ən əcaib məsələ başqadır. Mənzil Məcəlləsinin 141.10-cu maddəsinə əsasən binanın yalnız bir idarəçisi ola bilər. Lakin qətnamədə bu qanunsuzluğa belə haqq qazandırılıb: “yaşayış kompleksində ayrı-ayrı “MKS-3” MMC və “MKS-4” MMC-lər fəaliyyət göstərmir. Bu sonuncuların idarə etməsi, rəhbərləri, işçiləri eyni şəxslərdir.” Yəni riyazi inqilab etmək niyyətində olan hakim deyir ki, iki şəxs bir şəxsdir! Yəni 1+1=1! Böyük ehtimalla cavabdehlər bu modeli vergidən yayınmaq (ƏDV qeydiyyatına düşməmək üçün 200.000 manatlıq limiti aşmamaq üçün vergi üstünlüyü əldə etmək) üçün tətbiq edib. Məhkəmə də məsələnin mahiyyətinə varmadan, bu şübhəli (Mənzil Məcələsi baxımdan qanunsuz) modelə haqq qazandırıb. Məsələ ilə əlaqədar artıq vergi xidmətinə də müraciət edilib, araşdırma gedir.
Ümid edirəm ki, Bakı Apellyasiya Məhkəməsi riyazi əks-inqilab edərək bu biabırçılığa son qoyacaq..."

Dia-az.info qeyd edir ki, sözügedən məsələyə Bakı Apellyasiya Məhkəməsi hakim Fuad Babayevin sədrliyi ilə bu gün baxılacaq. Məhkəmədə Nəsimi rayon məhkəməsinin hakimi Ramin Xəlilovun çıxartdığı əcaib qətnaməyə münasibət bildiriləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...