Anons

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Haqqımızda Əlaqə

Tamerlan Qarayevin Prezidentə məktubu buna görə imiş... - 31 illik səfir karyerası başa çatır

Tarix:5-03-2024, 11:22

Tamerlan Qarayevin Prezidentə məktubu buna görə imiş... - 31 illik səfir karyerası başa çatır Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin diplomat karyerasına son qoyulur. Bununla bağlı qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir.

XİN-dəki mənbələrdən “Yeni Sabah”a bildirilib ki, Vilnüsdəki diplomatik korpusumuza rəhbərlik edən 72 yaşlı səfir tutduğu postdan öz arzusu ilə getməyə hazırlaşır.

O, yaşının irəlilədiyini, səhhətində bəzi problemlərin yarandığını əsas gətirərək Vətənə dönməyə qərar verib.

Məlumatlı şəxs saytımıza bildirib ki, Tamerlan Qarayevin ötən gün Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamasının da arxasında bu məqam dayanır:

“Azərbaycanın müstəqilliyi tarixində heç bir səfir Prezidentə məktub yazmayıb. Səfirlik təyinatlı postdur, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətindədir. Siyasi təcrübədə təyin edilən şəxsin ölkə başçısını publik təbrik etmək ənənəsi yoxdur. Görünür, Tamerlan Qarayev daha özünü mülki şəxs hesab etdiyi üçün bu addımı atıb”.

Qeyd edək ki, Tamerlan Qarayev ölkədə səfir postunu tutan ən uzunömürlü diplomat sayılır. O, mərhum prezident Heydər Əliyevin 3 sentyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycanın Çin Xalq respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

O, 2001-ci ilə kimi bu vəzifədə çalışıb.

2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.

13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.(Yeni Sabah)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...