Anons

28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR

26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may

26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb

26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"

26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib

26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam

26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq

26-05-2023, 13:00- Sabah hava necə olacaq?

26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi

26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib

26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir

26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb

26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb

25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub

25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI

25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb

25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq

Haqqımızda Əlaqə

Yeniyetmələrdə intiharın səbəbləri

Tarix:24-04-2023, 17:23

Yeniyetmələrdə intiharın səbəbləri
Ailədə xsusən yeniyetmələrə psixoloji basqının olması, məişət zorakılığına məruz qalması və şəxsin heç kimə müraciət etməməsi, sosial şəbəkələrdəki təbliğatın axınına düşməsi müşahidə edilir.Yeniyetmənin ailədə şiddətə, fiziki və ya psixoloji zorakılığa məruz qalması erkən yaşda bu yola əl atmasına səbəb olduğunu göstərir. İntihara səbəb əsasən psixoloji pozuntulardır. Ailədə, cəmiyyətdə və istənilən sosial mühitdə dialoqun olmamasıdır.

Ailə konservativ və avtoritar təfəkkürlü olanda uşaq şiddətə məruz qalır. Bu halda uşaq fiziki və ya psixoloji problemlərini heç harda və heş kəsə ifadə edə bilmir. Cəmiyyətdə təbliğatı gücləndirməliyik ki, uşaq ailədə gördüyü psixoloji və fiziki şiddəti məktəb psixoloquna və pedoqoquna mütləq desin. Yeniyetmə mütləq bir yardım istəməlidir. Çox təəssüf ki, səs çıxmasa biz səsə tərəfə gedə bilmirik. Məktəbdə müşahidə etdiyimiz çətin uşaq təkcə dərsi pozan deyil. Həm də dərsini çox yaxşı oxuyan, həssas, bir az da özünə qapsnıq uşaqlardır. Heç kim polisə və digər aidiyyatı qurumlara müraciət etməkdən qorxmasın, çəkinməsin. Uşaqların qorxmadan dərdini deməsini də cəmiyyətdə, məktəbdə təbliğ etməliyik.

Sosial şəbəkələrdə paylaşılan hər xəbər təbliğatı böyüdür. İstənilən halda gənc yaşda insanların intihar etməsi təbliğatı artırır və bu təəssüfedicidir. Rəsmi statistikalar müraciətlərlə və monitorinqlərlə ortaya çıxır. Müraciət olunmayan, qeydiyyata düşməyən hadisələr də var. Çox təəssüf ki, gündəm neqativlərlə doludur. Neqativlərin qarşısında güclü fikir immunitetləri yaratmalıyıq ki, insanlar maariflənsin, doğru istiqamətə yönəlsin. İstənilən neqativ informasiya maarifləndirmə olmayanda təbliğat xarakteri daşıyır".

İnsan birinci mənəvi, daha sonra fiziki intihar edir. Bu gün valideynlərimiz övladlarının özünü öldürməsi ifadəsini işlətməsini, ölüm təhdidini ifadə etməsini boş verirlər. Deyirlər ki, uşaqdır. Əgər bir insanda istər uşaq, istər gənc, istərsə də istənilən yaş kateqoriyasında olan şəxsdə özünü öldürməklə bağlı fikir formalaşıbsa, deməli onun beynində ilkin toxumlar əkilib və böyüməyə başlayır. Bunu heç kimlə müzakirə etməyəndə artıq insan daxili dünyası ilə müzakirə edir. Müzakirədən sonrakı mərhələ mübahisə, mübahisədən sonrakı mərhələ isə fiziki və ya psixoloji cinayətdir.

Bir valideyin, vətəndaş olaraq insanlarımız qarşı tərəflə empatiya qurmağı bacarmalıdır. Özümüzü onların yerinə qoymalıyıq ki, o, hansı hissləri keçirir. Biz vətəndaş olaraq yalnız intihar edən haqqında informasiya oxuyanda heyfslənirik. Lakin diqqətli olsaq bunun qarşısını almış olarıq. Amma bir də bu halların baş verməsi üçün səbəblər var və bu səbəblərə çox həssas yanaşmaq lazımdır. Məsələn valideyinlərin yeniyetmələri xsusən abituriyentləri təhdid etmədi kimi hallar da yeniyetmələri intihara sovq edir. Düşünürəm belə valideyinlər cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, digərlərinə də örnək olsun. Bəlkə belə olan halda körpə fidanlarımız öz canlarına qıymazlar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...